adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2019 15:24
10821
GÜNDƏM

Abituriyentlərə məsləhətim odur ki... - Ekspertlər danışdı

Son illərdə qəbul imtahanlarının qaydalarındatez-tez dəyişikliklərin edilməsinin abituriyentlərin nəticələrinə vəpsixologiyalarına necə təsir etməsi, həmçinin valideynlərin imtahan ərəfəsindəabituriyentlərə necə rəftar etməli olduğu vacib məsələlərdəndir.

Adalet.azbu suallarla bağlı təhsil eksperti Kamran Əsədov və psixiatr uzman doktor FuadBəşirovun fikirlərini öyrənib.


Təhsil eksperti Kamran Əsədov: "İlk növbədəqeyd edim ki,  2019-cu ildə ali məktəblərəqəbul və buraxılış imtahanları tamamilə yeni formatda keçiriləcək. İndiyədəkkeçirilmiş imtahanlardan tamamilə fərqli bir imtahan prosesi bizi gözləyir. Ən ciddi dəyişiklik ondan ibarətdir ki, qəbulimtahanlarında istifadə olunan test modellərinin bir qismi tamamilə fərqlidir.Əvvəllər yalnız qapalı  tipli test modellərivar idisə, indi açıq tipli, uyğunluğun gözlənilməsi tipli test tapşırıqları,dinləmə tələb edən suallar, situasiya tipli, dinləmə tipli test tapşırıqlarıvar. Bunların qiymətləndirilməsi ilə bağlı, onlara verilən cavabların şablonolub-olmaması ilə bağlı abituriyentlər və valideynlər arasında ciddi şəkildənarahatlıq var. Etiraf edək ki, son 5 ildə ali məktəblərə qəbul imtahanlarınınnəticələrində artım  müşahidə edirdiksə,gördüyümüz mənzərə 2019-cu ildə ciddi şəkildə dəyişəcək, nəticələr aşağı düşəcək.

Əvvəllərqəbul və buraxılış imtahanlarında sadə suallar verilirdi. Bu isə o deməkdir ki,həmin şagirdlərin iki ildə ciddi nailiyyət əldə etməsi mümkün deyil. Çünki bizdətədrisin keyfiyyəti aşağıdır, bizim müəllimlərimiz özləri 2019-cu ildə keçiriləcəkqəbul imtahanlarının modelinə tam hazır deyillər. Bu barədə bilmirlər, ənənəviformada tədrisi qururlar, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarındakıyeniliklərdən biri də buraxılış imtahanların tədris ili bitməmiş, yəni 11-cisinif proqramı tam mənimsənilməmiş keçirilməsi oldu. Xatırladım ki, əvvəlki illərdəqəbul imtahanlaarı tədris ili başa çatmamış, may ayında keçirilsə də, buraxılışimtahanları tədris ili başa çatandan sonra, iyun ayında keçirilirdi. Bu ildənetibarən isə həm buraxılış imtahanı, həmdə qəbul imtahanı tədris idi başaçatmamış keçiriləcək.

 Dövlət İmtahan Mərkəzi analoqu olmayan "yeniliyə”imza atmaqla abituriyentlərin əslində universitetlərə yalnız repetitor hesabınaqəbul olunduğunu təsdiqləmiş oldu. Yəni tədris proqramı tədrisili başa çatmamışancaq repititor və hazırlıq kurslarında mümkündür.

Vacibbir məqamı qeyd edim ki, buraxılış imtahanındakı test tapşırıqları arasındaşagirdlərin orta məktəbdə hələ keçmədikləri , standartların reallaşmadığı dərslərdəndə suallar ola bilər. əvvəlki illərdə biz bunun şahidi olmuşuq.

Bildiyinizkimi, bu il 2017-2018-ci il üçün keçirilən qəbul imtahanlarında I ixtisas qrupuüzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrəisə 1 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdəoxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq bütün mövzulardan təqdimolunmuş test tapşırıqlarına doğru cavab verib. 2018-2019-cu tədris ilində isə19 abituriyent tədris ili başa çatmamış tədris proqramınını mənimsəyib 700 baltoplamışdı.  Əlbəttə abituriyentlərinyüksək bal toplaması sevindirici haldır. Amma bu onu göstərir ki, qəbulimtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləribiliklərlə yox, məktəbdən kənar, repetitor yanında mənimsədikləri biliklərləiştirak edirlər. Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətinbir prosesdir, şagirdlər üçün əlçatan deyi.

Qəbulimtahanlarını tədris ili başa çatmamış təyin edən Dövlət İmtahan Mərkəzi qəbulimtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinəuyğun olaraq yox, repetitor proqramına uyğun olaraq həyata keçirir.

Hesabedirəm ki,  İmtahan tapşırıqları çoxasanlaşmalıdır. Əhalini oxutmağa çalışmalıyıq. Amma əlinə qılınc və qalxangötürüb, uşaqların qarşısını kəsmişik ki, ali məktəbə girməsinlər. Bu, kimə, nəyəqulluq edir? Azərbaycan xalqına, ya Azərbaycan xalqının düşmənlərinə? 17-18yaşlı cılız gənclərimiz 3-4 dəfə imtahan prosesindən keçir. Nə qədər əsəb vəstres keçirir, sağlamlıqlarını itirirlər. Niyə? Bunların ali məktəbə qəbulun fəlsəfəsindənxəbəri yoxdur. Təhsilin siyasətindən xəbərsiz insanlar təhsilə bu cür müdaxiləedirlər.Çox inkişaf etmiş ölkələrdə orta məktəbi bitirən 100 şagirdin hamısıali təhsilli olmaq istəyir. Universitetdə yer olmadığına görə qəbul imtahanıverirlər. Bizim kimi ölkələrdə heç qəbula ehtiyac yoxdur. Bilirsiz niyə? Çünkibizim orta məktəbi bitirən hər 100 uşağın 16-17-si ali məktəbə qəbul olur.Halbuki, 100 nəfərdən 50-si ali məktəbə qəbul olmalıdır. Belə olan təqdirdə heçqəbul imtahanına ehtiyac yoxdur. Olsa da, həddindən artıq nominal bir şeyolmalıdır. Bunu mən 20 ildir ki, deyirəm. Amma qəbulda nə varsa, bütün Azərbaycanıaşağı səviyyəyə salıb. Cənubi Koreyada orta məktəbi bitirən hər 100 uşağın 95-iali məktəbə qəbul olur. Orada test imtahanına ehtiyac var? Bütün inkişaf  etmiş ölkələrdə belədir.

 

Psixiatruzman doktor Fuad Bəşirovdan isə imtahanlar ərəfəsində valideynlərin abiturientərəftarı necə olması və abituriyentlərin nələr etməli olduğu haqqında suallaryöndəndirdik. Fuad Bəşirov sualları belə cavablandırdı:"İmtahansistemində dəyişikliklər edildikdən sonra əvvəl tələbələr bir qəbul imtahanıverirdisə, artıq iki imtahan verirlər. Bunların hamısı abituriyentlərin həyacanını,təşvişini artırır ki, bu da anlaşılandır. Burda əsas iş düşür müəllimlərin vəvalideynlərin üzərinə. Valideynlər abituriyentlərin  dərsləri ilə rahat məşğul olması üçün şəraityaratmalı və "Mütləq qəbul olmalısan!”, "Mütləq pezident təqaüdü almalısan!”kimi gözləntilərini tez-tez dilə gətirməməlidirlər.  Hətta "Artıq oxuduğunu oxumusan”, "Qəbulolmasan da dünyanın sonu deyil” kimi təskinlik verərək onların qayğı və təşvişləriniazaltmaq olar.

Abituriyentlərəməsləhətim isə odur ki, oxuduqlarını yadda saxlamaq üçün mütləq gecə yuxusunuyatsınlar. Bəzən çox oxusalar, daha çox şeyi yadlarında saxlayacaqlarınıdüşünürlər, amma gecə yuxusu yaddaşlarının daha iti olması üçün şərtdir. Gecəyuxusunu yatan adamların gündüzlər səhv etmə riski artır, həmçinin səbirsizlikhalları da azalır və dolayısıyla imtahandan daha uğurlu nəticə qazanmaqehtimalı artır. Digər tövsiyyəm isə düzgün qidalanmaqdır”.

 

Ulucay Akif