adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Fevral 2017 13:21
8030
ELM VƏ TƏHSİL

Abituriyentlər imtahan həyəcanını bəhanə edə bilməyəcək

Dövlət İmtahanMərkəzi 2 mühün yenilikləri ilə gündəmə gəldi. Abituriyentlərin daha çox diqqətiniçəkən yenilik isə imtahanların iki dəfə keçirilməsi oldu. Bu müstəqil ekspertlərvə əhali tərəfindən bəyənilən addım hesab olunsa da apardığımız sorğulardaiştirak edən abuituriyentlər məsələni təfərrüatı ilə bilmirlər. Dövlət İmtahanıMərkəzi Nazirlər Kabinetinin təsdiqlədiyiyeni qaydaya görə ölkədə tələbələrinsayının artacağı gözlənilir. Bu yaxşı əlamətdir. Azərbaycan dünyastatistikasında təhsil kəmiyyətinə görə 3-cü yerdə qərarlaşır. Məhz tələbələrinçoxluq təşkil etməsi ölkənin regional və dünyəvi sferada nufuzuna birbaşa təsiredir.

Keçək əsas məsələyə.Ali məktəblərə qəbul imtahanlarının iki dəfə keçirilməsi hansı şərtləri vəüstünlükləri təqdim edir?

Tələbə olmaqarzusu ilə yaşayan yüzminlərlə abituriyent imtahan ərəfəsində qarşılarınaçıxacaq hər hansı obyektiv və subyektiv maeələrdən narahatdırlar. Aylarla hazırlaşıb əziyyət çəkən abituriyyenthər hansı səbəbdən qəbul imtahanına gecikə bilər və yaxud onu heç gözləmdiyi həyəcandalğası tutua bilər və digər bunun kimi problemlər onların zəhmətini boşa çıxarır. Məhz DİM bu yöndə vacib addım ataraqimtahanların iki dəfə keçirlməsinə şərait yaradır.

Yeni qaydanın üstünlükləri

Bəzən eləhallara rastlaşırıq ki, Abituriyent sınaq imtahanlarında göstərdiyi nəticələriqəbul imtahanında əldə edə bilmir. Buonda bəzən psixoloji travmalara qədər gətirib çıxarır. Və o bir növ təhsildənsoyuyur və biliyə həvəsi sönür. İmtahandan çıxan abituriyentlərin emosiaları isəbizə yad deyil: "Daha yaxşı yaza bilərdim, sualların çoxunu bilirdim lakin həycandanözümü itirdim”. Təbii ki xarakterlər fərqli olduğu üçün emosiaları idarə etmək çətindir. DİM-in iki imtahan keçirməkdə məqsədiməhz bu cür tələbələrə ikinci şansı yaratmaqdır. Məsələ çox bəsitdir. Hesab edəkki, ilk imtahanda yaşadığı həyəcanın güdazına gedən məktəbli ikinci imtahanda qazandığı təcrübədən savayı həycanına qalıb gələ biləcək. O cümlədənilk imtahanda iştirak etməyən abituriyent üçün də səmərəli addım hesab olunabilər.

350 bal yoxsa 360 bal?

Yeniliyə görə,tələbə olmaq istəyən şəxs hər iki imtahanda yaxud birində iştirak etməkhüququna sahibdir. Hər iki imtahanda iştirak etmək istəyən şəxs birinciimtahanda 350 bal ikincdə isə 360 bal toplayıbsa nəticələr ümumi hesablagötürüləcək. Yəni abituriyentin qarşısına topladığı ballar arasındaseçim etmək şansı verilir. Düşünəcəksiniz ki, daha yüksək nəticə üstün tutulacaq. Lakin ortada belə bir məsələvar. Dövlət hesabına təhsil almaq istəyən abituriyent üçün keçid balı 350 balmüəyyənləşib. O cümlədən ixtisas fənlərindən nisbi balı keçmək şərti ilə. Təsəvvüredin ki, abituriyent 350 bal topladığı imtahanda hər bir ixtisas fənninə tələbolunana nisbi bal məhdudiyyətini keçib. Lakin ikinci imtahanda topladığı dahayüsksək 360 balda isə bir fəndən nisbi balı atlaya bilməyib. Belə olan halda360 bal üzərində seçim edəsi olsa həmin abituriyent dövlət hesabına təhsilalmaq şansını itirir. Birqayda olaraq 350 bal seçimini etməli olacaq.

Ölkədə tələbə olmayan qalmayacaq

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, bakalavr səviyyəsindətələbə qəbulunun iki dəfə keçirilməsi təhsilin keyfiyyətindən çox kəmiyyətinəhesablanan addımdır.

Onunsözlərinə görə, Nazirlər Kabinetinin qərarı təhsilin təkmilləşdirilməsi, yeniləşməsiistiqamətində atılan növbəti addımdır: "Dünya standartlarına uyğunlaşmaqistiqamətində müəyyən təkmilləşmələr, yeniləşmə aparılmaldır. Son zamanlar beləkurs irəli sürülüb ki, təhsil əlçatan olsun. İki mərhələdə bakalvra qəbulimtahanın keçirilməsi təhsilin əl çatan olması istiqamətində atılanaddımdır”.

Beynəlxalqtəcrübəyə istinad edən müsahibimiz deyir ki, məzun seçdiyi ixtisas üzrə qəbulimtahanı verərkən yetərli bal toplaya bilmirsə, o, universitetdən kənardaqalmır və onu universitet daxilində hazırlşamaq üçün hazırlıq kursuna yazırlar."Bir il hazırlıq kursunu keçdikdən sonra imtahanı müsbət nəticə ilə verirsə,bakalavr olur. Bu cür üsulun üstünlüyü ondadır ki, tələbə bakalavr olmaq üçünçatışmayan 5-10 bala görə ali təhsildən qalmır, universitet daxilindəhazırlaşaraq növbəti il ali təhsil müəssisəsinə qəbul olmaq şansınıqazanır”,-deyən ekspert hesab edir ki, qəbul imtahanının iki dəfə keçirilməsibu səpkidə aparılacaqsa, bu, tələbələrin sayının artmasına xidmət edəcək.

Gözdən əlillər üçün imtahanlarda yenilik

Onu da qeyd edəkki, Dövlət İmtahan Mərkəzi birinci qrup gözdən əlillərin imtahanlarda iştiraketməsi üçün də səmərəli addıma atıb. Belə ki, sözü gedən abituriyentlərinimtahanlarda iştirakında rahat şəraitin yaradılması məqsədilə onların müxtəliftəhsil pillələrinə qəbul imtahanlarıverməsi üçün mənsubluğu artırılıb. Belə ki, orta ixtisas məktəblərinə o cümlədənmagistr və doktorantura pilləsinə qəbul üçün verilən imtahanlarda iştirakhüququ qazanmış gözdən əlillər üçün yarım saat, bakalavr təhsil pilləsi üçünimtahanlarda isə 1 saat əlavə vaxt qeyd olunub. O cümlədən həmin abituriyentlərüçün xüsusi otaqlar və xüsusi nəzarətçilər təyin olunub.

Hər iki yeniliktəhsildə intesnivliyin artırılmasına yönəlib. Yaxın gələcəkdə tələbələrin say tərkibindədə müsbət artımın olacağı mütəxəssislər tərəfindən ehtimal edilir. Nəzərinizəçatdıraq ki, əvvəlki sistemdə abituriyent seçdiyi ixtisasa qəbul olamdığı haldaona ikinci dəfə ixtisas seçmək şansı verilirdi. Yeni qayda isə məsələni kökündənhəll edir.

Rüfət Soltan