adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 15:00
424
DÜNYA

Abdullahian "hücum olmayacaq" desə də,  Qərb "Ahtapotun başı"nın əzilməsini istəyir 

Xəbər verdiyimiz kimi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.

Söhbət zamanı Abdullahian Tehranın İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmadığını deyib:

"İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olunmayınca yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək".
Amma deyəsən, Qərb bu fikirdə deyil.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun açıqlamasından bunu anlamaq olar. Beləki, Kemeron deyib ki, İranın İsrailə hücumu ikiqat uğursuzluq idi:"Bir çox cəhətdən bu hücum İran üçün məğlubiyyət idi və uğursuzluqla nəticələndi. İranın hərəkətlərinin miqyası qəbuledilməzdir. İsrailin bu hücuma cavab haqqı var, lakin bu, emosiya ilə deyil, ağılla verilməli olan bir qərardır. İndi daha da gərginləşmə vaxtı deyil və İsrail diqqətini HƏMAS-a yönəltməlidir”.
Qeyd edək ki, İsrailin keçmiş baş naziri Naftali Bennett X sosial şəbəkəsində paylşımı da fikirlərimizi təsdiqləyir. Bennet paylaşımında qeyd edib ki, İsrailin son 30 ildəki strateji səhvi o idi ki, biz həmişə ahtapotun qolları ilə vuruşmuşuq, nadir hallarda da onun Tehrandakı başını vurmuşuq:" Son 30 ildə İran hökuməti proksi qüvvələri vasitəsilə regionu dağıdıb.

Bu dəhşətli ahtapotun başı Tehranda, qolları isə Livan, Yəmən, İraq, Suriya və Qəzzadadır. Bu yanaşma indi dəyişməlidir. Tehran bunun əvəzini ödəməlidir”.

 Əntiqə Rəşid