adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Avqust 2014 11:56
4348
DÜNYA

Abdulla Gül narazılıqlarını dilə gətirdi

 "Vədəmiz yetişdi, böyük bir şərəfvə qürurla buradan ayrılırıq. Demokratik rejimlərin ən yaxşı tərəflərindən biridönəmlərin olmasıdır, vəzifəni yerinə yetirirsən və gedirsən.” Adalet.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Abdulla Gül dünən axşam Çankaya köşkündə keçirilənvida ziyafətində deyib.

 

QHT nümayəndələri, iş adamları, sənətçilər, idmançılar və media təmsilçilərinin də qatıldığı mərasimdə Gül bəzi narazılığını da dilə gətirib: "2007-ci ildəprezident olarkən ölkədə bəzi dairələr buna kəskin etiraz etmişdi. Diniradikalizmin güclənəcəyini və dünyəvi dövlətə təhlükə yaranacağını söyləyənlərolmuşdu: "Lakin mən siyasi kimliyə malik bir şəxs olaraq gəlsəm də,Konstitusiyaya uyğun olaraq siyasi mənsubiyyətimi bir kənara qoyub tərəfsizoldum. İndi prezidentlik müddətim başaçatdıqdan sonra yenidən qurucusu olduğum partiyaya qayıtmağımdan daha təbii birşey ola bilməz. Lakin bizim cinahdan da mənə qarşı xeyli hörmətsizlik edənləroldu. Bunların hamısını izlədim”.