adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Noyabr 2019 13:49
24989
MƏMLƏKƏT

ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır

Uzunmüddətdir ki, fəaliyyət göstərən ABC Tədris və İnkişaf Mərkəzi valideyn vəuşaqları öz xidmətləri ilə məmnun edir. Ayrı-ayrı vaxtlarda müxtəlif bilikyarışları, maarifləndirici xarakterli layihə və görüş, seminarların təşkilibunu deməyə əsas verir ki, mərkəz yalnız uşaqlara, məktəbli və eləcə dəböyüklərə tədris etdiyi müxtəlif fənlərlə yanaşı onların biliklərinigenişlənməsi üçün yeniliklər də gətirir. Belə yeniliklərdən biri də mərkəzinsınaq imtahanları keçirməyə başlamasıdır. ABC Tədris və İnkişaf Mərkəzininrəhbəri Leyla Həsənovanın verdiyi məlumata görə artıq bir dəfə belə bir imtahantəşkil edilib: "Oktyabrdan etibarən sınaq imtahanları keçirməyə başlamışıq. Həray Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən mövzu sınaq və abituriyentimtahanlar etməyi planlayırıq. Yəni məsələn, oktyabr ayında keçirilən imtahandahəmin günə kimi keçirilən dərsləri əhatə edən suallar təşkil etmişdi.İmtahanlar əsasən bazar günləri təşkil ediləcək. Artıq ötən ayın 20-də birimtahan təşkil etmişdik. Bu ay isə 17 və 24 noyabrda iki gün olmaqla ikihissədən ibarət imtahan təşkil olunacaq. Səbəb isə bu ay məktəbəqədər Azərbaycanvə rus bölməsi, 8,9,10,11- ci siniflərə Blok və Buraxılış və rus bölməsi üzrəibtidai siniflərin əlavə olunmasıdır. 17 noyabr tarixində 1,2,3,4,5,6,7,8siniflərə Mövzu sınaq imtahanı, 8,9,10,11-ci siniflərə blok imtahanlarıkeçiriləcək. 24 noyabr tarixində isə məktəbəqədərlər rus və Azərbaycan bölməsi,ibtidai rus bölməsi və 8,9,10,11-ci siniflərə Buraxılış imtahanı keçiriləcək”.

Xatırladaqki, ABC Tədris və İnkişaf Mərkəzinin ötən ay təşkil etdiyi imtahanlardaqaliblər-ən yaxşı nəticələr göstərənlər müəyyənləşərək müxtəlif hədiyyələrləmükafatlandırılıblar. Leyla Həsənova deyir ki, bu dəfə də uşaqlar üçün xüsusitəltiflər və hədiyyələr nəzərdə tutulur. İmtahan mərkəzin 7-ci mikrorayondakı,və 8-ci mikrorayonda yerləşən hər iki filialında keçiriləcək. Noyabrın 17-si və24-də təşkil ediləcək bu imtahanlara yalnız mərkəzdə tədris alan və buranınxidmətlərindən yararlanan uşaq və məktəblilər deyil, eyni zamanda öz biliyiniyoxlamaq istəyən digər uşaqlar da müraciət edə bilərlər. Onu da deyək ki,Buraxılış imtahanları dinləmə mətni ilə təşkil ediləcək.