935 zal nəzarətçisi bazadan çıxarılıb, onlardan 6-sı məsuliyyətə cəlb edildi
2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə məlumat verilib.
Bildirilib ki, onlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır. Belə ki, 346 nəfər imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə siyahıdan çıxarılıb. Sosial məzuniyyətdə olan nəzarətçilərin sayı 122 nəfər təşkil edib. Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyi və ya köçürməyə şərait yaratdığına görə, o cümlədən sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yumulması kimi hallara görə imtahan rəhbəri tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilən 159 nəfər bazadan uzaqlaşdırılıb.
Bundan başqa, cavab kartını, cavab vərəqini, sual kitabçasını və ya yazı işi vərəqini səhv verdiyinə görə 14 nəfər, imtahan iştirakçısının imtahan zalından cavab kartını, cavab vərəqini və ya yazı işi vərəqini çıxarmasına yol verdiyinə görə isə 10 nəfər nəzarətçi siyahıdan çıxarılıb.
Eyni zamanda, imtahan zalını lazımi qaydada idarə edə bilmədiyinə və imtahan zamanı iştirakçılarla söhbət etdiyinə görə 42 nəzarətçi bazadan çıxarılıb. Sənədlərlə iş bacarığı və prosedur qaydalarına dair məlumatı zəif olan, cavab vərəqini sual kitabçası zərfinə qoyan, cavab vərəqini vaxtında təhvil almayan, sual kitabçasını iştirakçıya vaxtından əvvəl verən, iştirakçını səhv yerdə əyləşdirən, iştirakçıları vaxtından əvvəl buraxan və ya imtahan zamanı zaldan çıxan nəzarətçilərin sayı 16 nəfər olub.
Həmçinin, etik davranış qaydalarını pozduğuna görə 14 nəfər, nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlarda iştirak etmədiyinə görə isə 25 nəfər siyahıdan çıxarılıb. Müqavilə bağlanmadığına və ya mövcud müqaviləyə xitam verildiyinə görə 23 nəfər, işdən çıxdığına və ya təqaüdə getdiyinə görə isə 114 nəfər bazadan silinib. Digər səbəblər – səhhətinin imkan verməməsi, vəfat etməsi, ölkə xaricində olması, hərbi xidmətdə olması, ailə vəziyyətinin imkan verməməsi, direktor təyin edilməsi və ya dövlət qulluqçusu olması ilə əlaqədar olaraq 44 nəfər nəzarətçi siyahıdan çıxarılıb.
Eyni zamanda vurğulanıb ki, 2025-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 476 nəfərdən ibarət olub. Onlardan 4600 nəfər zal nəzarətçisi sertifikatı almış şəxslərdir (ümumi bazanın 29,7%-i). Ötən il respublika üzrə 14 120 nəzarətçi ortalama dörd dəfə olmaqla imtahanlara cəlb edilib. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin 89,2 %-nin fəaliyyəti əla, 5,8 %-nin yaxşı, 1,9 %-nin kafi, 0,5 %-nin isə qeyri-kafi qiymətləndirilib.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

