adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2020 10:42
51795
SİYASƏT

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev

Əziz binəqədililər!

Binəqədi Bakının qədim tarixəmalik olan ərazilərindən biridir. Paytaxtın ən böyük yaşayış və sənayerayonlarından olan Binəqədi həm postsovet dövründə, həm də müstəqillik illərindərespublikamızın iqtisadiyyatında mühüm rol oynayıb. Öz inkişaf tempinə görəBakının qabaqcıl, inkişaf etmişrayonlarından olan Binəqədi ümumilikdə müstəqil respublikamızın tərəqqisinəöz töhfəsini verir. Binəqədililər II Dünya müharibəsi və Qarabağ müharibəsidövründə öz oğulları ilə Vətənin müdafiəsinə qalxmış, şəhidlər vermiş, qaziləriilə tarix yazmışlar. Döyüş ruhlu gəncləri ilə seçilən Binəqədi rayonunun sakinləribu gün də Vətən üçün əllərinə silah almağa hazır insanlardır.

Niyə məhz Binəqədi?

Sualına cavab verim ki, burayonda uzun müddət yaşamışam və özümü Binəqədinin bir sakini hesab edirəm. Hərgün yüzlərlə Binəqədi sakini görürəm və onlarla ünsiyyətdən zövq alıram. Binəqədimənim üçün dogma və əziz bir rayondur. Mən məhz Binəqədi və binəqədililər üçünMilli Məclisdə nümayəndə olacam. Qarşımda Binəqədinin daha da inkişaf etməsi vəsakinlərin rahatçılığı üçün mühüm işlər durur. Onlar aşağıdakılardır:

1. İlk olaraq Milli Məclisdə Uşaq pulunun bərpasıməsələsini gündəmə gətirəcəyəm və çalışacam ki, hər bir uşağa 18 yaşına kimiaylıq uşaq pulu verilsin. Yeni doğulan uşağa verilən birdəfəlik müavinətinmiqdarının artırılması üçün müraciət edəcəm ki, uşağa ilkin lazım olan bütün xərcləri(yatacaq, geyim, qida, uşaq arabası və digər vacib ləvazimatlar) qarşılasın.

2. Təqaüdün miqdarının dünyastandartlarına uyğun olması üçün təşəbbüsdə olacağam və hesab edirəm ki, təqaüdyaşına çatmış şəxs könüllü surətdə işdən uzaqlaşaraq istirahət edə bilməlidir.

3. Hesab edirəm ki, hər bir vətəndaşıntibbi sığortası olmalıdır və ən əsası yeni doğulan uşaqların xəstəxana xərclərinidövlət qarşılamalıdır.

4. Binəqədi ərazisində fəaliyyətgöstərən idarə və müəssisələr, özəl şirkətlər mütləq şəkildə Binəqədi sakinləriüçün iş yerləri təmin etməlidirlər. Binəqədi ərazisində fəaliyyət göstərənsahibkarlar üçün bu məsələ ən vacib problem kimi olmalı və onlar öz sakinləriniişlə təmin etməlidir. Binəqədidə yeni iş yerləri açılmalı, özünü məşğulluqproqramları genişləndirilməli, insanlara öz kiçik təsərrüfatlarını quraraq məşğulolmaları üçün güzəştli və uzun müddətli kreditlər verilməlidir.

5. Bu gün yüzlərlə Binəqədi gəncləriali və orta ixtisas müəssisələrində təhsil alır. Hesab edirəm ki, ali təhsil müəssisələridövlət hesabına təhsil proqramını daha da genişləndirməli, universitetlərin təhsilhaqqı aşağı salınmalıdır.

6. Nəqliyyatdakı sıxlıq aradanqaldırılmalı, işdən yorğun çıxan insanlar saatlarla yollarda gözləməməlidir.Bütün rayon, qəsəbə və kəndlərə, xüsusilə də nəqliyyatında xeyli problemləriolan, mənzil başına rahat çata bilməyən Binəqədi sakinləri üçün komfortlu vəmüasir avtobuslar verilməlidir.

7. Hesab edirəm ki, şagirdlər,tələbələr, qazilər və şəhid ailələri (şəhidin övladları, valideynləri və həyatyoldaşı) üçün avtobus və metro pulsuz olmalıdır.

8. Binəqədidə yeni tikilənbinalarda güzəştli mənzillər gənc ailələr üçün mütləq şəkildə təmin edilməlidirvə mən deputat seçiləcəyim təqdirdə daima bu məsələni nəzarətdə saxlayacağam.

9. Yeniləşən və inkişaf edənBinəqədi gənclərinin asudə vaxtını səmərəli keçirməsi, ziyanlı vərdişlərdənuzaq olması üçün yeni-yeni gənclər mərkəzlərinin, kitabxanaların yaradılmasınavə işlək olmasına çalışacağam.

10. Ən əsası Milli Məclisdə güzəştlivə az faizli kreditlərin Binəqədi sakinlərinə verilməsi üçün bütün gücümlə fəaliyyətgöstərəcəyəm.

11. Binəqədinin sosialinfrastrukturunun bərpası üçün müvafiq qurumlar qarşısında vəsadətqaldıracağam.

Əziz binəqədililər,

Atalar "Elə arxalananigidin, arxası yerə dəyməz" deyiblər. Mən də Sizə arxalanıram və Sizləri 9fevral 2020-ci ildə ölkəmizdə keçiriləcək Parlament seçkilərində fəal olmağa, Əpoşİslam oğlu Vəliyevə səs verməyə çağırıram.

Bu dəfə özünüz seçin!

TƏRCÜMEYİ-HALI

10 iyun 1982-ci il tarixdəNaxçıvan MR Şərur rayon Dizə kəndində anadan olmuşam. 1999-2003-cü illərdəNaxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsini, 2003-2005-ci illərdəhəmin institutda Folklorşünaslıq və mifologiya ixtisası üzrə magistratura şöbəsinibitirmişəm. 2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklorİnstitutunda aspiranturada əyani təhsili başa vuraraq, 08 oktyabr 2013-cü iltarixdə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.

2010-2014-cü illərdə NaxçıvanDövlət Universitetinin Sosial idarəetmə və Hüquq fakültəsinin hüquqşünaslıqixtisası üzrə qiyabi şöbədə ikinci ali təhsil almışam. 60-dan çox elmi məqaləninvə bir monoqrafiyanın müəllifiyəm. Məqalələrim respublikada və bir sıra xariciölkələrdə çap olunmuşdur. Hazırda AMEA Folklor İnstitutunda aparıcı elmi işçı vəzifəsindəçalışıram. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri olaraq fəaliyyət göstərirəm.

Televiziya və mətbuatla mütəmadiolaraq əməkdaşlıq edir, həm sosial, həm də elmi mövzularda çıxışlar edirəm.

Ailəliyəm, iki övladım var.