adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Yanvar 2020 09:12
36886
GÜNDƏM

83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏD

Abbasov Aqil Məhəmməd oğlu 1953-cüildə Ağcabədi rayonunun Bayat elinin Hacılar kəndində doğulub. 1960-cı ildəHacılar kəndində orta məktəbə gedib, sonra təhsilini Ağdam şəhərindəki 2 saylı orta məktəbdə davametdirib və 1970-ci ildə həmin məktəbi bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Universitetininfilologiya fakültəsini bitirib. 1976-77-ciillərdə Ağsu rayonunda müəllim, 1977-ci ildən 1987-ci ilədək «Elm və həyat» jurnalındamüxbir və şöbə müdiri, 1987-90-cı illərdə «Sovet kəndi» qəzetində şöbə müdiri,1990-92-ci illərdə «Ədalət» qəzetində redaktor,1992-ci ildə qəzet müstəqil olduqdan sonra2005-ci ilə qədər baş redaktor vəzifəsində çalışıb.

3-cü çağırış (2005-ci il), 4-cü çağırış (2010-cu il) və 5-ci çağırış(2015-ci il) Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik, müdafiəməsələləri və korrupsiyaya qarşı mübarizəkomitəsinin üzvüdür.

Ən çox inandığı Azərbaycanxalqının müharibədə qələbəsi və MöhtərəmPrezidentimiz, Ali Baş Komandan İlhamƏliyevin Şuşaya müqəddəs üçrəngli bayrağımızı sancacağı gündür.

1993-cü ildən Milli Ordumuzun qüdrətlənməsiüçün Respublikanın Milli Ləl-Cəvahirat Fondunaözü, atası, qardaş-bacıları 100 qramqızıl, 1 brilyant üzük bağışlayaraq xalqa könüllüqızıl-zinyət əşyalarının bağışlanmasıilə bağlı müraciət edib və onun müraciətinə qoşulan 5 minə yaxın adam qısa müddətdə Ləl-CəvahiratFonduna qızıl-zinyət əşyaları bağışlayıb.

1992-1994-cü illərdə hərbir düşmən texnikası məhv edən əsgərimizə həmin dövrün pulu ilə 1 milyon rubl mükafat təsis edib və 100-ə yaxın əsgərimizidə bu mükafatla mükafatlandırıb.

Müharibə illərində həmişəön cəbhədə olub, əsgərlərimizə daim silah-sursat,ərzaq yardımı eləyib, mənəvi dayaq göstərib.

1991-ci ildə əsgərlərimizə könüllü qankampaniyası başladıb və minlərlə soydaşımız Aqil Abbasıntəşəbbüsü ilə cəbhədəki əsgərlərimizə könüllü qan verib.

1993-cü ildə Ağdamın və Tərtərin ən ağır günlərində Vətənin qeyrətli oğullarına müraciət edib və onun çağırışına qoşulan200-ə yaxın igid könüllü batalyontəşkil edərək cəbhədə, xüsusilə də Tərtərdə vuruşub və onlarla şəhid verib.

1986-cı ildən AzərbaycanYazıçılar Birliyinin üzvüdür. «Evləri köndələn yar», «Ən xoşbəxt adam», Pənah xanın nəvəsi,Qarabağın məşhur sərkərdəsi Məhəmməd bəy Cavanşirəhəsr olunmuş «Batmanqılınc», evindən-eşiyindən didərgin düşmüş insanlarınfaciəsini özündə əks etdirən «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz», «Saçın ucun hörməzlər», «Qiyamət gecəsi», «Qarüstündə qan çiçəyi», «Dolu», «Allahı qatil edənlər»kitablarının müəllifidir. «ÇadırdaÜzeyir Hacıbəyov doğula bilməz», «Batmanqılınc», «Adı bilinməyən qatil» və «Dolu» romanları Türkiyədə də çap olunub. 1988-ci ildən «Ən xoşbəxt adam» kitabınagörə Respublika Komsomolu Mükafatına layiqgörülüb. Həmin mükafatdan aldığı pulu vəümumiyyətlə, qəzetlərdən aldığı qonorarlarıQaçqınlar Cəmiyyətinin hesabına keçirib.

2009-cu ildə «Dolu» romanıMədəniyyət Nazirliyi tərəfindən «İlin əsəri» elan edilib və «Qızıl kəlmə» mükafatınalayiq görülüb.

2012-ci ildə Möhtərəm Prezidentimizin sərəncamı ilə «Azərbaycanfilm» Kinostudiyası AqilAbbasın ssenarisi əsasında «Dolu» filmini çəkib. Qarabağ həqiqətlərini dünyaya çatdıran bu film bir neçə dilə tərcüməolunub. Rusiyanın, Türkiyənin, Kiprin, Gürcüstanın, Ukraynanın və eləcə də bir neçəAvropa ölkələrinin şəhərlərində nümayiş etdirilib və böyük rəğbətlə qarşılanıb. Film, eyni zamanda2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin«İlin filmi» mükafatına layiq görülüb.

Aqil Abbasın rəhbərliyi və sponsorluğu ilə Həmidə xanım Cavanşir,Kərim bəy Mehmandarov (hər ikisi Pənah xanın nəslindəndir) haqqında, Bayat və Avşar elləri iləbağlı, Cəfər Cabbarlı haqqında, Məmməd Araz haqqında sənədli televiziya filmləri çəkilib.

2005-ci il iyul ayının22-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin sərəncamı ilə «Azərbaycan Respublikasının Əməkdar jurnalisti»adı ilə təltif edilib.

2013-cü ildə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ədəbiyyatın inkişafında xidmətlərinə görə «Şöhrət» ordeniilə təltif edilib.

Evlidir, iki övladı, dördnəvəsi var.

***

HÖRMƏTLİ SEÇİCİLƏR!

AQİL ABBAS SİZLƏRDƏN BİRİDİRVƏ HƏMİŞƏ SİZLƏR ÜÇÜN, MİLLƏT ÜÇÜN, VƏTƏN ÜÇÜN, DÖVLƏT ÜÇÜN YAŞAYIR! ƏGƏR LAYİQBİLİRSİNİZSƏ, 9 FEVRAL 2020-Cİ İLDƏ KEÇİRİLƏCƏKMİLLİ MƏCLİSƏ SEÇKİLƏRDƏ AQİL ABBASA SƏS VERİN!