12 Yanvar 2018 13:53
25319
MARAQLI

82 kiloluq mələk 5 yaşlı körpəni necə xilas etdi?

Ev heyvanlarının insanın ən yaxın dostu olmasınıbilirik. Hətta ev heyvanlarından uzaq, tədirgin olanlarlar da bundan xəbərdardır.Bəzilərimiz hədsiz vasvasılıqdan, bəzilərimiz isə qorxduğumuzdandördayaqlılardan uzaq gəzərik. Xüsusən uşaqları yaxın buraxmarıq, bəlkə dəhaqlı ola bilərik. Çünki azyaşlı uşaqların ev heyvanlarından mikrob almasıyetkin insanlara nisbətən daha aktiv sürətdə baş verir. Amma heyvanların onu bəsləyəninsana ən böyük təşəkkürü elə sahibinin uşaqlarını qorumağıdır. Heç birqarşılıq gözləmədən körpəyə dayəlik edər, onu hər cür bəladan qoruyar. Bu,özümüzün də ətrafımızda tez-tez rast gəldiyimiz hadisədir. Ancaq bizdən çoxuzaqlarda yaşanan insan və heyvan dostluğu eşidənləri heyran edir.

Beş yaşlı Markla Alfi adlı it bir-birindən ayrılmazdostdurlar. Birlikdə böyüyüblər. Əvvəllər buna xüsusi əhəmiyyət verməsələr dəsonralar yaxınları görüb ki, it daim uşağın sağ tərəfində gəzir. Hətta onu soltərəfə qovsalar da acıqla zingildəyən it tez özünü sağa verir və israrla bu tərəfdənəl çəkmirmiş. Nəhayət, uşağın valideynləri şübhələnib onu həkimə göstərirlər. Məlumolur ki, Markın sağ gözündə sürətli zəifləmə gedirmiş. Həkimin sözlərinə görə,ata-ana xəbər tutmasaymış uşağın bir neçə ilə sağ gözü tamamən kor olacaqmış. Beşyaşlı uşaq özü bunu anlamırmış, ağıllı it müşahidə edirmiş ki, balaca sahibisağdan çətin hərəkət edir, sağ tərəfdə baş verən hadisələri görmür, ona görə dəAlfi həmişə onun sağında yer alırmış ki, uşağı bu tərəfdən gələn bəlalardan qorusun.Xüsusən də maşın yolunu keçəndə, gəzinti zamanı sağ tərəfdə olançala-çuxurlarda Alfi tez onun paltarından tutub kənara çəkirmiş.

Heyvanın bu sədaqəti və yaxşılığı eşidənləri kövrəldib.Amma onun məharəti bununla bitməyib. O, evdə saxladıqları başqa bir heyvanınsağrısını tez-tez yalayır, hər kəsin diqqətini ona çəkməyə çalışırmış. Artıqitin "həkim”liyindən xəbərdar olan sahibləri digər heyvanı veterinara göstərirlər.Məlum olur ki, onun sağrısında bədxassəli şiş varmış. Beləcə, 82 kiloluqqoruyucu mələk olan Alfi yaşadığı evin bütün sakinlərini öz görünməz qanadlarıaltına alır.

Ümumiyyətlə heyvanların xəstəliyi duyması faktıçoxdan araşdırılır. Amma bu fenomen haqqında dəqiq bilgi əldə olunmayıb. Beləhesab olunur ki, bəzi xəstəliklərin özünəməxsus qoxusu var, amma bunu insanburnu duymur. Onun üçün köpəklərin həssas iybilmə qabiliyyəti lazım gəlir.


ŞəfiqəŞƏFA