adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Mart 2020 09:56
22922
MƏMLƏKƏT

8 Mart günü ən yaxşı hədiyyə nədir? - SORĞU

8 mart yaxınlaşır.Min illərdir kişilərin qayğısını çəkən, onları sevən, eyni zamanda bir çoxhallarda cinsi ayrı seçkiliyə məruz qalan xanımların günü. Azərbaycan xanımlarıistər mədəni, istərsə ictimai həyatda kişilərlə bərabər önəmli yer tutur. Ammabu gün onların günüdür. Təbii ki, öz kişi yaxınlarından, əzizlərindən, bəylərindənhədiyyə gözləmək onların təbii haqqı, istəkləridir.

Tam səmimi deyirəm,ya 8 martı ləğv eləsinlər, ya da kişilərə iş günü olsun. 8 mart qadınlarçündaha ağır olur. Evin kişisi, oğul-uşaq evdə, əksinə, yazıq xanımlar bayramgününü çalışır, onların qayğısına qalır. Ona görə də həmin günü bütün iş yerlərindəkişilər çalışsa daha yaxşı olar. Elə mediada da, məktəbdə də, dövlətorqanlarında da...

Kimisi hansısaqohumunu "öldürəcək”, kimisə xanımlara ayrı gün verilməyindən gileylənəcək.Amma bu günü ən əziz bayram kimi keçirən, xanımına gözəl anlar yaşadan, hədiyyəalan bəylər də olacaq. Görəsən, ölkəmizin bəyləri nə düşünür bu barədə? Onlaröz xanımlarına nə hədiyyə alacaq və ya ala biləcəklərmi?

Sumqayıt sakiniCavid Sabiroğlu hədiyyə ala bilməməsinin səbəbini koronavirusda görür:"Açığı evə hədiyyəalmağı düşünürdüm. Koronavirusa görə işlədiyim fabrikin bəzi məhsulları sərhəddəqalıb, keçirə bilmirlər. Ona görə də bu koronavirusun bitməsinə qədər çox gümanişsiz olacam. Bir sözlə, koronavirus 8 marta mane oldu. İndi yeni iş tapmağımxanım qohumlarımçün ən gözəl hədiyyə olacaq.”

Bakı sakini Qurban Əhmədovsahesab edir ki, bu günlərdə ən gözəl hədiyyə maskadır, sarımsaqdır: "Bu günlərdə ənyaxşı hədiyyə maskadır. İnsanların sarımsağa meyllənməsi isə onun qiymətiniqaldırdı. Xanımı da, uşaqları da götürüb xaşa gedəcəm. Kapitalizmin yaratdığı hədiyyəbazarında boş-boş şeylərə xərc çəkməkdənsə bunu daha gözəl hədiyyə hesab edirəm.”

Gənclərinsə bu günəmünasibəti fərqlidir. Ceyhun Əliyev bazar qaydalarını nəzərə alaraq 8 mart, 14fevral kimi günləri bir-iki ay öncədən nəzərə alır:

" Həmişə belə olur, 8 mart, 14 fevral ətrafı işbazlar qiymətləri sünişəkildə qaldırır. Xanımlarınsa bizdən hədiyyə gözləməyə və ya kiçik jestləri ənazından qəbul etməyə haqları var. Mən isə öz cibimi nəzərə alıram. Buna görə dəbelə günlərdən bir ay qabaq hədiyyəmi alıb hazır saxlayıram. Onsuz da həmin məhsullarınqiyməti önəmli günlərdən sonra dərhal eniş dövrünü yaşayır. Ətir və həmin günlərəözəl hədiyyələr almışam.”

Digər paytaxt sakiniElçin Məmmədovsa pulsuzluğa görə nəsə ala bilməyəcəyini bildirir:

"Düzü, çox istərdim yaxınlarıma hədiyyə alım, onları sevindirim. Ammabu mənim əlimdə olan səbəb deyil. Həm qiymət baxalığı bir yandan, həm dəpulsuzluq hədiyyə almağıma mane olur. Buna baxmayaraq, zəng edərək əzizlərimi təbrikedəcəm.”

"Ədələt” qəzetininkişi əməkdaşları 8 martda xanımlarına, qohumlarına nə almağı düşünür?

Əməkdaşımız Eminqueyhesab edir ki, qadın kişilər tərəfindən incidilirsə, ona alınan hədiyyələrinheç bir anlamı yoxdur:

”Döyulən, söyülən, alçaldılan qadınların günüdür 8 mart. Əgər birqadın ərindən, oğlundan, atasından hər zaman dəyər görürsə, onun üçün sırf 8martda gələn hədiyyələr boş şeydi. Yaxud da gəlməyən hədiyyələr onu üzmür, kədərləndirmir.Şəxsən mən anama kilosu 12 manata olan 3 kilo sarımsaq buketi hazırlayıb hədiyyəvermək istəyirəm”.

Digər əməkdaşımız Sübhan Mahmudovsa hədiyyə seçimində xanımınzövqünü, istəklərinin nəzərə alnmasının vacibliyini vurğulayır:"İlk növbədə bayram münasibətilə bütün xanımları təbrikedirəm. Ətrafımızda olan xanımları diqqətdən qaçırmaq olmaz. Çünki xanımlar zərifdirlərvə onların qayğıya ehtiyacları var. Hədiyyə alanda da gərək həmin xanımınxarakterini biləsən. Zövqə uyğun hədiyyə seçilməlidir. Hədiyyə alanda öz yox,xanımının zövqünü nəzərə almaq lazımdır.”

Əməkdaşımız Nicat Novruzoğlu: "Ən gözəl hədiyyə gül-çiçəkdir. Bir mənalı olaraqhər il başqa hədiyyə ala bilməsəm də gül alıram. Bu il də eynilə. 8 mart ərəfəsindəgözüm şəhərdə endirimləri axtarır. Yaxşı endirim yeri tapan kimi 50 manatcivarında hədiyyə alıram. Evdə üç xanım var. Hərəsinə ayrı-ayrılıqda hədiyyəalmaq büdcəmin gücündə deyil. Bu baxımdan elə hədiyyə alıram ki, məsələn, divarsaatı, mətbəxt dəstləri və.s hər üçü yararlana bilir.”

Emin