adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Mart 2023 13:22
1048
MARAQLI

8 arvadı, 7 sevgilisi və 107 uşağı olan kişi: “Gənc qadınlarla evlənməyə davam edəcəm”

Bir qadın üçün çox ağıllı olduğunu iddia edən keniyalı David Zakayonun 8 arvadı, 7 sevgilisi və 107 uşağı var.

Adalet.az xəbər verir ki, "Mənə çoxlu arvad lazımdır ki, beynimi və fikrimi idarə edə bilim" deyən Zakayo, gənc qadınlarla evlənməyə davam edəcəyini bildirib.

İlk dəfə 1987-ci ildə evlənən David qadın tərəfindən idarə oluna bilməyəcəyini deyərək, yeni evliliklər qurmağa və başqa qadınlarla da münasibətdə olmağa başladığını bildirib.

"Sunday Nation" qəzetinə danışan David, "Beynimi bir qadın idarə edə bilməz. İnsan beyni böyük bir kisə kimidir və hərəkət rahatlığı üçün kiçik parçalara bölünməlidir”-deyib. 

Yoxsul hesab edilən Davidin yarım hektar qarğıdalı sahəsi var, həmçinin şəkər qamışı da yetişdirir. Ailəsini dolandırmaq üçün üzləşdiyi çətinliklərə baxmayaraq, ayaqda duran Davud özünü “İncil”də adı çəkilən və 700 arvadı və 300 sevgilisi olan padşah Süleymana bənzədir. David gənc qadınlarla evlənməyə davam edəcəyini bildirib. 

Vasif Əlihüseyn