79 nəfər faciəvi şəkildə ölüb
Ötən həftə Londonda yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədəLondonpolisi məlumat yayıb.
Bildirilib ki, ölən şəxslərin kimlikləri hələlik müəyyən edilməyib. Cəmi 5 nəfərin şəxsiyyəti bəllidir. Ölü sayının artacağı istisna deyil. Hazırda dağıntılar altında cəsədlərin olduğu bildirilir.
Məlumata görə, 42 nəfərin meyiti binanın bir otağında aşkar edilib. Ehtimal edilir ki, onlar yanğından qaçmağa çalışsalar da, bacarmayıblar.
Qeyd edək ki, iyunun 14-də Londonun qərbindəki "Grenfell Tower” yaşayış binasında güclü yanğın baş verib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29