77 yaşlı qadının meyiti tapılıb
Sumqayıtda mənzildən qadın meyiti tapılıb.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Culayeva Qalina Vasilyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Digər Xəbərlər
02 May 2024 17:40