adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Avqust 2014 17:50
7859
MƏMLƏKƏT

700 bal toplayanların 5-i qızıl medal alıb

Bakı Türk liseyinin məzunları qızıl medala görə birinciyerdədir  Təhsil naziri Mikayıl Cabbarov "Ümumtəhsil məktəblərininməzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. TəhsilNazirliyindən verilən məlumata görə, 2013-2014-cü dərs ilinin yekunlarına görəümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüşmedalla təltif olunub. Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltifolunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Ümumi təhsili xüsusinailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunmaqaydası” əsasında həyata keçirilib. Qızıl medal alan məzunların sayına gəldikdəisə əsasən litseyləri bitirən şagirdlər üstünlük təşkil edir. Əmrə əsasən 176şagird qızıl medalla təltif olunub. Onlardan 27-si Bakı şəhər məktəblərinin,26-sı Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin, 18-i Şəki, 14-ü isə NaxçıvanMuxtar Respublikasının məktəbliləridir. 25 şagird isə gümüş medalla təltifolunub.  Qeyd edək ki, 700 bal toplayan abituriyentlərin 9-dan 5-i qızılmedala layiq görülüb.