adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Aprel 2016 15:52
7022
GÜNDƏM

70 yaşlı qoca qartal

Sənsiz keçən ömür vallahhədərdi

Sənsiz qismətimiz qəmdi,kədərdi

Çəkə bilmir ürək daha budərdi

Sənsən qibləgahım, imanım,qardaş.

Sən dünyaya qartal olaraqgəlmişdin. Qartalların məskəni uca dağlar başı olub. Onlar həmişə səmalardacövlan edib, göylərdə süzüb. Kim onların qocaldığını, əldən düşdüyünü görüb?Sənin də, qartallar kimi, nə qocaldığını görən oldu, nə də əldən düşdüyünü.

Qoca qartal, sən yenə dəgöylərdəsən. Sağlığında olduğu kimi çoxları adını çəkməyə qorxur.

Aprelin 22-də AzərbaycanınMilli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovun doğum günü idi. 70 yaşı tamamoldu. Belə yaşına, belə yoluna, bu ucalığına, vətən məhəbbətinə anan qurban,qardaş. Çünki heç kim ana kimi saf, təmiz qurban ola bilməz. Biz qurban olabilmədik. Bizim sənə qurban olum deməyimiz yalan imiş, söz imiş. Qarabağmüharibəsi hər şeyimizi əlimizdən aldı, birincisi də səni, sizi.

Müharibə iştirakçılarıyaxşı bilirlər ki, müharibə kinolarda olduğu kimi maraqlı və asan olmur. Həm dəmüharibə qorxaqların, iradəsizlərin işi deyil. Düşmən gülləsinə sinə gərməküçün dəniz iradən, döyüşkən ruhun və ən əsası köksündə vətən sevgisi ilədöyünən ürəyin olmalıdır.

Qarabağ müharibəsində 10minlərlə belə cəsur oğullar düşmən üstünə yeridilər. Gözlərini qırpmadan,canlarını əsirgəmədən döyüşə girdilər.

Atamın 3 oğlu da birincilərsırasında döyüşə getdilər. Hər bir müharibə iştirakçısının həyatı ayrıca bir romanın,ayrı-ayrı qəhrəmanların həyatları tarixi əsərlərin mövzusudur. Elini, obasını,xalqını, millətini sevən ər igidlər vətəni təcavüzkar düşməndən qorumaq üçünyollandılar. "Arxada Vətəndir” - deyib,özlərini güllə qabağına atdılar və müharibədən qayıtmadılar. Müharibə, nədəhşətlisən; sonu görünməyən bu müharibə 7 başlı əjdahadan da, adamyeyəndən də betərdir.Şəhərləri, kəndləri, viran qoydun, nə anaları oğulsuz, bacıları qardaşsız,gəlinləri ərsiz, uşaqları yetim qoydu. Hər nədirsə ağıllı hesab edilib,dünyanın idarə edilməsi həvalə olunan "başbilənlərin” fitnə-fəsadlarındanyaranır. Məqsədləri nədir görəsən "başbilənlərin”?

Müharibə milyonlarla insankimi məni də kül elədi. Elə qardaşlar itirdim ki, hər biri bir dünyadı mənimüçün.

Qışda 50 dərəcə şaxtadadonan, yayda ocaqda yanan mənim kimi olmadı. Bu dünyanın bütün dəhşətlərinigördüm. Düşməni yansın külə dönsün, havadarları ilə birlikdə.

Bir qardaş itirdim - adıEldar. Böyük ürəkli, insanları sevən, üzü gülər, verən əlli, bol çörəkli,qoynu-qoltuğu dolu, hamıya mehriban, ata-ana qayğılı, vətən məhəbbətli, körpəbalalı qardaşım mənim. Zəhmətini itirənlərin zəhməti itsin bu dünyada. O biridünyaya qalmasın.

Bir qardaş itirmişəm,igidlərin xası, uca boylu, ala gözlü, aslan biləkli, gen sinəli, gedəndə boyugözəl, çönəndə üzü gözəl, sözü bir, amalı bir, hər ataya qismət olmayan, hərananın doğmadığı, çox danışmağı sevməyən, bir az hövsələsiz, qorxu nə olduğunubilməyən, dostu özündən çox, həm də lap çox sevən, oddan iti, ipəkdən yumşaqatam oğlu qardaşım mənim. Allahverdi qardaşım. Mən bu dünyaya xoşbəxt doğuldum,sənin bacın olduğum üçün. Sizdən sonra dünyanın ən bədbəxti mən oldum. Sənsiz,sizsiz qaldığım üçün. Üçünüzdən birinizin çiyni mənə qismət olmadı - öləndəyerdən götürmək üçün.

Allahverdi qardaşım,getdiyin yola, boyuna, gözəl adına, tapmadığım ayaq izinə mən bacın qurban.Ehtiyacım qardaş. Yanınca getmək, əlindən tutmaq, üzündən öpməyə qıymayıbaradabir paltarın üstündən öpəm. Sən də tələsik deyirdin "ayə, bu dəlidir,camaat baxır, neyləyirsən”. Mən də dəli tərsinə səni birdə qucaqlayam. Eldar dagülə-gülə deyə "ayə, dəymə, qoy qucaqlasın” - mənim də ürəyim dağa dönə.

Allahverdi, mən bilməzdimdünya nədir, mənim dünyam səni idin, sizi idiniz. Söylə, mən yerin altındayam,yoxsa üstündə. Düz 24 ildir səni tapmıram. Səni itirəndə 46 yaşın var idi. İndideyirlər 70 yaşın olur. Belə yaşına, o hünərli, hökmlü, çox qızdan sonra sənitapan, heç oğul toyu görməyən, sizi itirdiyi üçün dağdan ağır yükü olan atanqurban, qardaş. Qardaş, Allahverdi, bu yaşına getdiyin o müqəddəs yol qurban.Uğurunda can verdiyin Qarabağın qurban, torpağına qanın tökülən Ağdamın qurban.O Ağdam ki, səndən sonra xarabazara çevrildi, daşı daş üstündə qalmadı, düşmənəəsir düşdü.

Qardaş, sənin bu 70 yaşınharda olur, harda keçır? Adın harda, necə anılır? Bir rayon təşkilatındamı, birməktəbdəmi, icra aparatındamı, bəlkə bir televiziya kanalında, harda? MilliQəhrəmanı kim yad edir? Bizim kimimiz var ki? Heç kimə, heç nəyə gücüm çatmır,özüm qurban bu yaşına, qardaş, gözü yollarda qalan mən bacın qurban.

Həsrətdən inləyir könlümünsimi

Dağlar da çəkəmməz budərdi, qəmi

Eldə qardaşımı qaytarınmənə

Dədəmin oğlunu qaytarınmənə.

Tərsinəmi axır dəyirmanarxı

Dayanıb fırlanmır dünyanınçarxı

Deyəsən mən nəsə deyirdimaxı

İgid qardaşımı qaytarınmənə.

Tam əminliklə deyirəm,Qarabağ müharibəsinin ən böyük qəhrəmanı Allahverdi Bağırov oldu. Çünki odövrdə Azərbaycan dövlətinin rəhbərlərinin, BMT-nin, Avropa Şurasının və digərbeynəlxalq təşkilatlarının etmədiyi işlərin öhdəsindən Allahverdi Bağırov gəldi.Yüzlərlə insanın həyatını xilas etdi. Mindən artıq Xocalı sakinini əsirlikdənazad etdi. Girov götürülmüş insanların meyitlərinin ermənilərdən alınmasına nailoldu. Bu gün qohum deyib bir-birinin əlindən tutan, oğul evləndirib, qız köçürdənXocalı sakinləri Allahverdi Bağırova həyatları boyu minnətdar olmalıdırlar.Ancaq bu gün televiziya kanallarına müsahibə verən keçmiş girovlar belədeyirlər – bizi aldılar, bizi dəyişdilər. Niyə demirsiz Allahverdi bizi odəhşətdən qurtardı.

Bütün bu işləri öz gücü iləgördü. Eyni zamanda qardaşlarım münaqişənin ilk günündən ta həlak olana qədərhadisələrin mərkəzində oldular. Eldar, Allahverdi vətənpərvər oğulları bir yerətopladılar. Haqqı tapdalananları müdafiə etdilər. Silah aldılar. Ermənilərləqonşu kəndlərdə yaşayan insanlara payladılar. Elə yerlər oldu ki, 3-4 kəndinharayına getdilər (Umudlu, Cinli, Qalayçılar, Güney Pəyə). Camaat onların vəonlar kimi oğulların hesabına evlərində yaşaya bildilər. İndi çoxları Qarabağmüharibəsi veteranı olub. Halbuki ilk münaqişə başlayandan qoyub qaçmışdılar.Eldarın qətlindən sonra onun yaratdığı AXC Ağdam rayon şöbəsinə Allahverdi özübaşçılıq etdi. Eldarın başladığı işi o davam etdirdi, yarımçıq qoymadı.

Allahverdi Teymur oğluBağırov 22 aprel 1946-cı ildə anadan olub. 5 qızdan sonra Allah bizlərə birqardaş bəxş etdi. Ağdam şəhər 1 saylı orta məktəbini bitirmişdi. Yeniyetməvaxtlarında yüngül atletika ilə məşğul olmuşdu. Sonralar futbola keçdi. Möhkəmiradəli, qorxu nə olduğunu bilməyən, həmişə qələbəyə can atan bir şəxsiyyətkimi böyüdü. Uzun illər Ağdamın "Qarabağ” futbol komandasında müdafiəçi oldu.Əvvəllər futbolda müdafiəçi, sonralar isə Vətənin müdafiəsinə qalxdı.Komandanın problemlərinin həll olunmasında böyük rol oynadı.

Həmişə sözü böyük oldular

Allahverdi dedi – samandüşdü.

Dedilər – zaman dağıldı.

Elə cavanlıqdan sözü üzədeyən idi. Çox təəssübkeş idi. Təkcə Xocalı müsibəti zamanı Allahverdiningöstərdiyi rəşadət cild-cild kitabların mövzusu ola bilər. Hələlik yazanyoxdur.

3 gün ərzində təkcəXocalıdan 613 meyit aldı. 1000-dən artıq əsir düşmüşlərin azad edilməsiAllahverdinin hünəri hesabına baş tutdu. Bütün bu əziyyətlər Allahverdininyuxusuz gecələri və şəxsi təşəbbüsü hesabına baş tutdu. 1992-ci ilin 12iyununda Ağdamın özünümüdafiə batalyonları ermənilər üzərinə irimiqyaslı hücumakeçdi. 4 saat ərzində 5 kəndi alıb Əsgərana qədər gedib çatmışdılar. AmmaAllahverdinin ölümü hər şeyi yarımçıq qoydu Uğurlu əməliyyatı başa çatdırıbAğdama qayıdan Allahverdi içində olduğu UAZ-469 markalı maşının yolabasdırılmış tank əleyhinə minaya düşməsi nəticəsində sürücüsü Əmir Mirzəyevləbirlikdə həlak oldu. Bununla çırağımız söndü, yurdumuz talandı.

Allahverdinin ölümü təkcəbizim və ağdamlıların deyil, ümumilikdə Qarabağ üçün, hətta Azərbaycan üçün çoxböyük itki oldu. Müharibənin çox gərgin və həlledici məqamında Allahverdisizqalan Azərbaycan ordusu ən möhkəm sütununu itirdi və bu, müharibənin gedişinəçox böyük mənfi təsir göstərdi. Allahverdinin ən böyük arzusu döyüşə-döyüşəXankəndinə daxil olmaq və Azərbaycan bayrağını Xankəndinin ən uca yerinəsancmaq idi. Bir də Allahverdinin bir nisgili var idi - Eldarın balalarınıböyütmək.

Qardaş, fəxrimsən, ucalığımsan

Arxamsan, köməyimsən,qiymətlimsən

Ən böyük olanı Vətənimsən,Allahverdi Bağırov, atam oğlu.

Almaz Bağırova

"Yeni Müsavat”