7 güləşçimiz ilk onluqda – REYTİNQ
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
Adalet.az goal.az-a istinadən xəbər verir ki,sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.
Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cüdürlər.
Qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub.
Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.