6 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdi
6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
M.Ağayev qeyd edib ki, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək:
"Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir”.
Qurum rəsmisi deyib ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.
Digər Xəbərlər
29 Aprel 2024 15:48