57 baş qoyun yol qəzasında tələf oldu
İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi "Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.
DİN-dən Adalet.az-a verilən məlumata görə, qəza nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 17:40