53 əcnəbi inzibati məsuliyyətə cəlb edilib
Mayın ilk 10 günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 22 Pakistan, 20 Özbəkistan, 6 Hindistan, 2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan vətəndaşı olmaqla, ümumilikdə 53 əcnəbi saxlanılıb
DMX-dən Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Həmçinin, 19 nəfər Özbəkistan vətəndaşının və 1 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.
Bundan əlavə, ölkədə qanunsuz yaşayan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azərbaycan Respublikası ərazisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.
T.Yasmeen həmin əcnəbilərin müxtəlif ünvanlarda yerləşdirilməsini həyata keçirib, onlara Azərbaycanda müvəqqəti yaşama icazəsi alacağına vəd verməklə, müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiyaya şərait yaradıb.
Qeyd edilən əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13