adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Avqust 2016 14:02
19993
GÜNDƏM

5 rayon mövzusu tarixə gömülür?

Birildən artıq müddətdir ki, Azərbaycan və Ermənistan arasında 5 rayonunqaytarılması mövzusu gündəmdədir. Məsələ ilə bağlı Ərdoğanın avqust ayındaMoskva səfərində jurnalistlərə açıqlamasında təsdiqləyici bəyanat vermişdi.Lakin görünən odur ki, mövzu aktuallığını saxlasa da, hələ intensiv addımlarmüşayiət olunmur. Bəzən 7 rayon, bəzən isə 2 rayon adıyla ictimailəşdirilənməlumatın nə dərəcə real göründüyü də şübhə yaradır. Dağlıq Qarabağla bağlı proqnozlar verənRusiyalı Ekspert Sergey Markovun sözlərinə görə, əvvəlcə 5 rayon, daha sonraisə 2 rayonun qaytarılması ilə bağlı addımlar atılacaq: "ATƏT-in Minsk qrupunun həmsədrölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxınvaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistan işğalıaltında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərəvaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonraisə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinəbaxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddətçəkəcək”. Ekspert həmçinin onu da qeyd edib ki, Ermənistan rəhbərliyi yaxşıbaşa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətindədeyil: "Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiasıolmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etməkistəyir".

Azərbaycanlı politoloqlar isə rusiyalıproqnozçunun dediklərini birmənalı hesab etmirlər. Hərbi Ekspert Üzeyir Cəfərlibu məsələdə Rusiyanı səmimi olmadığını deyir. "Hələ iyul ayında Rusiya prezidenti VladimirPutinin təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilmiş Azərbaycan vəErmənistan prezidentlərinin görüşündən dərhal sonra cinayətkar Serj Sarkisyanındərhal Azərbaycanın işğal altında olan torpaqlarına baş çəkməsi bir daha onudeməyə əsas verir ki, bu adam düzələn deyil və bunun məqsədləri və məramlarıtamam başqadır".

Hərbiekspert, istefada olan polkovnik Üzeyir Cəfərov Ermənistan prezidenti SerjSarkisyanın dünən Dağlıq Qarabağa başlayan səfəri ilə bağlı deyib ki, adətənsülh danışıqları çərçivəsində keçirilən vacib görüşlərdən sonra ya Sarkisyanözü, ya da Ermənistanın müdafiə, xarici işlər və ya parlamentarilərdən kimlərsədərhal Qarabağa gəlir və yerli əhalini, ordunu tamam başqa məqsədlər üçüntəlimatlandırır: "Şəxsən mən nə Ermənistanın, nə də ona birbaşa havadarlıqedən Rusiyanın Qarabağla bağlı addımlarda səmimi olmasına heç vaxt inanmıram.Bunlar gözəl bilir ki, Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılmasıerməni hakimiyyətinin sonu deməkdir. Ona görə də maksimum çalışırlar ki, həmvaxt udsunlar, həm də yaxın perspektiv üçün özlərinə sərf edən hansısa nəticəniəldə etsinlər. İndi də guya mərhələli həll çərçivəsində əvvəl 5 rayonun, sonraisə daha 2 rayonun azad edilməsi haqqında danışırlar. Məncə, bu da baş tutanməsələ deyil və yəqin ki, yaxın vaxtlarda biz bunun şahidi olacağıq".

Ermənistanın biclik siyasəti

Siyasi şərhçi Qabil Hüseynli 5 rayonun ilkinvariantda 5 rayonun qaytarılmasını Ermənistanın 5+2 siyasətinə dayandığınıdeyir. O bildirib ki, Azərbaycan tərəfi Ermənistanın işğalı altında olan 7rayonun qaytarılmasına israr edir:"Ermənistanisə 5+2 variantına üstünlük verir. Yəni, işğal etdiyi 5 rayonu qaytarır, ikirayonun isə qaytarılması üçün Dağlıq Qarabağın statusunun o vaxta kimitanınmasını israr edir. Amma Azərbaycan birmənalı olaraq torpaqlarının işğaldanazad edilməsi, ərazi bütövlüyünün təmin edilməsini ortaya qoyur”.

Q.Hüseynli bu məsələdə Rusiyanın ikibaşlıoyun oynamasını vurğulayır:"Danışıqlarprosesi sübut edir ki, Azərbaycan öz mövqeyindən çıxış edir. Nəticə nə olacaq,onu zaman deyəcək”.

Göründüyü kimi hər iki tərəfinfərqli iddialar qoyması məsələni bir az da çətinləşdirir. Səbəb də budur ki,uzun müddətdir davam edən aktual mövzu hələ də həllini tapa bilməyib.Azərbaycanın Ermənistanın iyrənc təklifi ilə razılaşmaması da birbaşa hüququnutələb etməsi deməkdir. Ərazi iddialarında rəsmi Moskva da yaxşı başa düşür ki,Ermənistanın siyasəti heç bir məntiqə söykənmir. Lakin Dağlıq Qarabağ probleminəbirbaşa müdaxilə etmək iqtidarının olmaması Putini və Medvedevi yalnızdanışıqlar yolu ilə tərəfləri razılığa gətirmək cəhdinə sürükləyir.

5 rayon qaytarılsa...

"Bizim əsas tələbimiz odur ki,ilkin şərt irəli sürülmədən işğal altında olan beş rayonumuz azad olunsun. Ammaburada bir tələ ola bilər”.

Bunu adalet.az-a açıqlamasında"Atlas” araşdırmalar mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki,əgər Kremlintəklifi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində referendum tarixininaçıqlanmasıdırsa, biz buna gedə bilmərik: "Bu, bəri başdan bizim üçün birtələdir. Beş rayonun azad olunması da artıq bizim üçün uğur sayıla bilməz. ƏgərRusiyanın, Lavrovun Bakıya gətirdiyi təkliflər paketi bundan ibarətdirsə,razılaşmaq olmaz”.

Bəzi ekspertlərin də dediyi kimi,birölkə ki, 20 ildən artıq müddətdə heç bir beynəlxalq hüquq və normalara əməletməyib, onun belə tezliklə hansısa müsbət addım atacağı şəxsən möcüzə təsiri bağışlayabilər. Bu isə indiki şərtlər və real vəziyyət baxımından mümkün deyil.

DağlıqQarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-inAzərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cüillərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycanarasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi– Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalolunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistanarasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

DağlıqQarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM(1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) NazirlərŞurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb.Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları,Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cıilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutufəaliyyət göstərir.

Ermənistanqoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853,874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏTvə digər təşkilat və qurumların qətnamələri mövcuddur.

DağlıqQarabağı işğaldan sonrakı hüquqi tarixi bu gün saya alınmayan qətnamə və həmsədrlərinmövcudluğu ilə davam edir. Ancaq hələ ki, 20 ildən artıq bir vaxtda hər hansıbir ciddi addımın şahidi olmamışıq.

Rüfət Soltan