44 yaşında karyerasını bitirdi
Məşhur rusiyalı qapıçı Aleksandr Filimonov bu gün karyerasını başa vurub.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 44 yaşlı qolkiper hazırda ikinci liqa təmsilçisi "Dolqoprudnı”da çıxış edir. O, Qərb zonasının 26-cı turunda "Luki-Energiya” ilə matçda yaşıl meydanlara vida edib.
Filimonovun karyerasındakı son görüşünü izləyənlər arasında Oleq Romantsev, Dmitri Aleyniçev, Yuri Kovtun, Maksim Buznikin kimi digər sabiq "Spartak”lılar da olub.
Qeyd edək ki, Filimonov Moskva klubunun heyətində 6 dəfə Rusiya çempionu olub. Son illər çimərlik futbolunda da çıxış edən veteran qapıçı bu idman növündə Rusiya və dünya çempionu olub, eləcə də Avroliqa və Qitələrarası kuboku qazanıb.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00