adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2020 15:56
10980
GÜNDƏM

4 rayona prokurorlar təyin olundu

Lənkəran, Quba, Göyçay və Yevlax rayonlarına prokurorlar təyin olunub.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları, Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna uyğun olaraq kadr islahatları davam etdiriləcək.