35 "zapravka"nın fəaliyyəti məhdudlaşdırılıb
Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb, onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib.
O bildirib ki, kustar üsulla hazırlanmış, müəyyən standartlara cavab verməyən kranlar - qurğular qeydiyyata alınmır:
"Bu qurğuların biz tərəfdən istismarına icazə verilmir. Həmçinin yanacaq doldurma məntəqələri də təhlükə potensiallı obyekt hesab olunur. Onları mütəmadi yoxlayırıq və müəyyən məhdudlaşdırma tədbirləri həyata keçirilir. Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb. Onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib".
Digər Xəbərlər
26 Mart 2026 13:00
Moped idarə edənlərin nəzərinə: Bu gündən...
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33


Bakı -°C

