3100 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verilib
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, şəhid hərbi qulluqçulardan vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir. Artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Qərarlar əsasında onların birdəfəlik ödəmə (11 min manat) ilə təminatı davam edir.
2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərman mühüm sosial əhəmiyyət kəsb edən və dövlət başçısı tərəfindən şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Yalnız şəhid ailələri tərəfindən deyil, ümumən ictimaiyyət tərəfindən bu xeyirxah tədbir yüksək dəyərləndirilir.
Nazirlikdən verilən məlumata görə, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var. Hazırda digər vərəsələrdən də birdəfəlik ödənişlə təmin edilmələri üçün sənədlərin notarial qaydada qəbulu davam edilir.
Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesinin 2019-cu il ərzində tam yekunlaşdırılması nəzərdə tutulub.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27