adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Oktyabr 2018 14:31
22061
TEXNOLOGİYA

3 MİLYARD RUBL XƏRCLƏNƏN LAYİHƏ DAYANDIRILDI

«Vedomosti»ninRusiya müdafiə sənayesindəki mənbələrinə əsasən yaydığı məlumatlara görə, 3 milyardrubl vəsait xərclənən HALE (uzunmüddətli və çox yüksəklikdə uça bilən) sinfinə aidpilotsuz təyyarələrin hazırlanması layihəsinin davamına xitam verilib. Bildirilirki, bu məqsədlə hazırlanan 3 dronun, həttasınaq məqsədilə uçuş mərhələsinə də icazə verilməyib.

Hərbiidarədən layihə ilə bağlı bildiriblər ki, aparılan işlər Ural Mülki Aviasiya Zavodunaveriləcək ki, hazırda burada İsrailin «Forpost» versiyasına uyğun hazırlanan pilotsuz təyyarələrin istehsalındaistifadə olunsun.

Ekspertlərqeyd edirlər ki, layihənin dayandırılmasınasəbəb əldə edilən müəyyən nailiyyətlərə baxmayaraq, «Altair» pilotsuz uçaqların yeddiil keçməsinə baxmayaraq, Müdafiə Nazirliyinətəhvil verilməməsidir.

3ton çəkisi, 28,5 metr uzunluğunda qanadları olan «Altair» 2 tona yaxınyük götürmə, 10 min kilometr məsafə qət etmək, 12kilometr yüksəklikdə uça bilmək, avtonomrejimdə iki sutka uçmaq qabiliyyətinə malikdi.

Xatırladılırki, aparatın birinci nümunəsi 2016-cı ildə,ikinci nümunəsi isə 2017-ci ilin may ayında sınaqdan keçirilib.