"28 mindən çox rus hərbçisi məhv edildi" - Ukrayna
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 500-ə qədər canlı qüvvəsini itirdiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Bildirilir ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1254 tankı, 3 063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 203 hərbi təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 455 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketi məhv edilib.
Digər Xəbərlər
05 Aprel 2026 20:20
Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü
05 Aprel 2026 20:19
“Onlara silah göndərdik, amma kürdlər özlərinə götürdülər” - Tramp
05 Aprel 2026 15:38
İsveçdə Epşteyn işinin araşdırılmasından imtina edildi
05 Aprel 2026 10:00


Bakı -°C

