adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Fevral 2020 10:14
27299
MƏMLƏKƏT

28 ilin vaxt axarı - 28 illik acılar...

Xocalı danışır, xocalıya aidfotolar danışır, xocalılılar danışır...28 il illik zaman kəsiyində nə qanı süzənyaralar qaysaqladı, nə də faciə yaşayan insanların ah-naləsi səngidi. Aradan 28il keçdi, amma hansı Xocalı soyqırımı şahidini dindirirsən-danışdırırsan, yenəo günü yaşayır, yaşaya-yaşaya sənə də yaşadırlar. Sıxılmış yumruqları, dolmuş,bir himə bənd kimi selə dönən göz yaşları, həyəcan, qorxu, ümidsizlik bürümüşsimaları, ağğappaq bət-bənizləri ilə ogünə dönürlər. Bir dəfə Həmayil adlı yaşlı qadından müsahibə götürürdüm. Söhbətəsakit-sakit başladıq, amma yarıda Həmayil xalanın dizlərinə çırpa-çırpaağlaması, haray çəkməsi məni müsahibə almağıma peşman elədi. Bilmədənyaralarını təzələmişdim, sağalmamış- sağalmayacaq yaralarını...O, döyüşçü oğlunun- Tahirin, həyat yoldaşı Qaçayəminin, gəlini Zərifənin, nəvəsi Lalənincəsədlərini sanki yenidən yüzlərlə cəsədin arasından tapıb çıxartmış,boylarını sevə-sevə əzizləməyə, ağı deməyə başlamışdı. Anladım... Onlar həyatlarına,əzizlərinə, psixologiyalarına zərbə vurmuş XOCALI SOYQIRIMInı unutmayacaqlar...Torpağa qarışsalarda, məzarlarının üstündə bir qarış ot bitsə də... unutmayacaqlar...

Danışır fotolar, danışır xocalılar...

Adalet.az xəbər verir ki, 1992-ci ilin soyuq fevral günlərinin acı xatirəsini yaşadanbu şəkillər dünyaya Xocalı faciəsini anladan ilk məlumatlar olub.


Xocalı sakini Tacirə Hüseynovaodəhşətli gecənin şahidlərindən olub:”Həyat yoldaşım Rəşid Hüseynov 26 fevral1992-ci ildə Xocalı soyqırımı zamanı şəhid olub. Rəşidin, atasının və anasınınmeyidləri 2 mart 1992-ci ildə Ağdamdan gətirilərək Bərdə rayоnunun Yeni Daşkəndkəndində dəfn оlunub. Amma elə ailələr var idi ki, bütün üzvləri şəhid oldu,qapıları bağlı qaldı. Bizim ailə də həmin ailələrdən biri idi. Bizim ailədənatam, qardaşım, qardaşımın ailəsi, həyat yoldaşım, qayınatam, qayınanam, əmimin16 yaşlı oğlu itkin düşdü. Əmim Zaman və oğlu əsir düşüb. Əsirlikdə oğlu görübki, atasını ermənilər döyürlər, amma heç nə deyə bilməyib. Hardansa biliblərki, bu kişinin oğludur və onu ermənilər əsirlərin arasında harasa aparıblar. Bugün də 16 yaşlı əmim oğlundan xəbər yoxdur. Əmim əsirlikdən azad ediləndənsonra oğlunun yoxluğuna dözə bilməyib dünyasını dəyişdi. Qardaşım Tahir altıyaşlı qızı Həmayili apardığı yerdə arxadan ona dörd güllə vurublar”.



Hüseynağa Quliyev Xocalı soyqırımının canlı şahididir. Hazırda 51 yaşıolan H.Quliyev Qarabağ döyüşləri zamanı 26 gün erməni əsirliyində qalıb. O,yaşının gənc olmasına baxmayaraq, Xocalı özünümüdafiə taborunun post komandiriolub və düşmənlə qızğın döyüşlərdə iştirak edib:” Məni döyəndən sonra özümdəngetmişəm. Ermənilər elə bilib ki, ölmüşəm, məni ocağın üstünə atıblar. Elə vəziyyətdəolmuşam ki, yanmağımdan da xəbərim olmayıb”. Girovluğun 26-cı günündəsoruşdular ki, Hüseynağa kimdir? Əlimi qaldırıb deyə bilmədim ki, mənəm. Halımyox idi. Yanımda olanlar məni göstərdilər. Dəyişdirilən zaman çox gedə bilmədim,bir neçə addım getdikdən sonra yerə yıxıldım. Öldüyümü zənn edib, məniAğdamdakı meyitxanaya apardılar. Anamla dayım məni orada tapdılar. Anamgörmüşdü ki, nəfəsim az da olsa gedib- gəlir, ölməmişəm. Məni morqan çıxarıb,Bakıya apardılar.Həyat yoldaşımı dəyişərkən isə onlara lazım olan ermənininadını yazıb vermişdilər ki, əgər bizimkilər o ermənini verməslər, oğlanlarımıgeri qaytarmayacaqlar. Çox şükür ki, uşaqlarımı da geri ala bildik”.


O gecə 11 yaşlı Əhməd Məmmədov doğumgünündə ermənilər tərəfindən sağ əlindən güllələnib. Düşmən bunu azyaşlı uşağadoğum günü hədiyyəsi etdiyini bildirib. Sonra isə sobanın üstündə olan qaynarçayı yaralı əlinin üstünə tökərək uşağın iniltisindən həzz alıblar:"Ermənilərqonşu Əhmədin başını kəsib futbol oynayırdılar...Birdə sonradan bildik ki, erməniləratam Məmmədin, qardaşlarım Möhlət və Söhbətin erməni qəbirlərinin üstündəbaşını kəsiblər. Nə qardaşlarım, nə də atam kəfən görmədi. Onların meyitini dəbizə vermədilər”.


SevdaMəmmədova1971-ci ildə Xocalıda anadan olub. İyirmi yaşında ailəsi iləbirlikdə Xocalıdan didərgin düşüb. Hazırda Pirşağı qəsəbəsində yerləşən Xocalı2 saylı tam orta məktəbində müəllim işləyir. Ailəlidir, bir övladı var:” Meşəyolu ilə gələrkən yolda ermənilərin pusqusuna düşdük. Kimi gizlənə bildi, kimidə düşmənin gülləsinə tuş gəldi. Gənc qız idim və qorxurduq ki, ermənilərə əsirdüşsək, bizə olmazın işgəncələr verərlər. Atışma zamanı yanımızda olanadamların çoxu öldürüldü. Biz də bir neçə nəfər sakinlərlə gizləndik. Həmindöyüşdə qardaşım 14 yaşlı İlham itkin düşdü. Düşünürdük ki, onu da öldürdülər. Ammabiz Ağdama gəlib çıxandan bir neçə gün sonra qardaşım öz müəllimi ilə birlikdəbaşqa yolla gəlib çıxdı. Fevralın 26-da axşama doğru gəlib Ağdama çatdıq".


Xocalı soyqırımında iki oğlunu vəhəyat yoldaşını şəhid verən Narxanım Məmmədovaailəsi ilə birlikdə səkkizgün erməni əsirliyində işgəncələrə məruz qalıb:” "Fevralın 25-dən 26-na keçəngecə ermənilər bizi bütün ailə üzvlərimlə birlikdə əsir götürdülər. Evin içinə əlqumbarası atdıqlarına görə mən kürəyimdən, oğlum Mürvət isə ayağındanyaralandı. Həyat yoldaşım 45 yaşlı Məmməd Məmmədov, oğlanlarım Möhlət 17, Söhbətisə 16 yaşında idi. Onlar ataları ilə birlikdə Xocalı uğrunda gedən döyüşlərdəkönüllü vuruşurdular. Əsirlikdə məni balalarımdan və həyat yoldaşımdanayırdılar. Hər üçünün aparıb başını kəsdilər. İndiyə kimi onların meyitini alabilməmişik”.
Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədriŞamilSabiroğlumüharibənin qızğın zamanında Xocalıda müəllim işləyib və hadisələrinşahidi olub: ”Təəssüflər olsun ki, bizə silah-sursat vermədilər. Bir-iki dənəsiniözümüz tapdıq. Hərçənd bizə vəd vermişdilər ki, silah olacaq. Silahı yalnızözümüz axtarıb tapırdıq. Amma çox çətin idi. Həmişə mən yazılarımda yazırdımki, Xocalıya kömək göstərilməsə, işğal olunacaq”.

Şəkildə gördüyünüz bu şəxs Xocalı faciəsi zamanı bacısı uşağını qucağına alaraqfəryad edir. Həmin şəxsin 27 il sonrakı fotosu da yayımlanıb. Fotoda fəryad edənşəxs illər sonra bacısı nəvəsini qucağına alaraq şəkil çəkdirib..


 ƏntiqəRəşid