adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Aprel 2016 14:27
20402
MƏMLƏKƏT

24 kadra sığmayan həqiqət

Yenidüşüncələr yeni cığırlar açır. Hər kəs öyrənir, hər kəs özünə və kənardakılaraöyrədir. Səmimi və içdən gələn ifadələr insanın daxilindəki yenilik axtarmaq vəyeni fikir emal etmək istəyindən doğur. Düşüncələri paylaşmağın üstünlüyü odurki, həvəslə ortaya atılan mövzu maraqla qarışlanmaya bilməz. Hər halda insanıanlayan yeganə birlik cəmiyyətdir.

Amma təəssüf ki,müxtəlif dövrlərdən hazırkı mərhələyə qədər "Cəmiyyət daxilində yerləşənkiçik insan toplumu" bu vergidən mənfi yönlərdə istifadə ediblər.

25-ci kadrkimi bizə lüzumsuz görünən, əslində isə çox şeyi ifadə edən bir teorem ortayaqoyuldu. Bu teoremin mənası nədir? o hansı çalarları ifadə edir və ən əsasıyuxarıda qeyd etdiyim kimi, onun mənfi yöndə təsiri və yaxud təsir dairəsihansı platformada dayanır?

"Şəkil həqiqətdir,kino isə saniyəsi 24 kadra bərabər olan həqiqətdir”

Bunu Janlük Kadar deyib.

Bizimgündəlik həyatda gördüyümüz, toxunduğumuz, duyduğumuz, inandığımız və bildiklərimiziistənilən an rədd edə və ya qəbul edəbilərik. Lakin elə bir şeylər var ki, biz onları nə görür, nə də hiss edirik.Onlar sadəcə bizim şüuraltı məkanımıza daxil olur. Beləliklə həmin nəsnələri rəddetmək və ya qəbul etmək, ümumiyyətlə onlarla bağlı hər hansı qərarlar verməkimkanımız məhduddur. İnsan onun şüuraltına təmas edən 25-ci kadr elementlərinintəsirində olur və sözügedən nəsnələr insanı nələrisə etməyə vadar edir. İllərdir25-ci kadr təqlidləri bir çox film və cizgi filmlərində yerləşdirilib.

25 kadrınəsas funksiyası da mesajı şüuraltına göndərmək olduğu üçün artıq dünya kinosu sənayesindədemək olar ki, bu texnikanı istifadə etməyən yoxdur. Yəni sizlər evlərinizdərahat oturub hər hansı bir televiziya kanalındakı bir serial və ya film, ya dabir sənədli filmi izləyərkən eyni zamanda 25-ci kadrların şüuraltımıza göndərilən mesajlarla və təlqinlərləhücumlara məruz qalırıq.

Göz bunları görmür (və ya qulaq eşitmir) amma saniyənin3 mində biri kimi bir zaman aralığında bu görünüş şüuraltına çatır. Bu gizlimesajlar sayəsində, reklamı, serialı,filmi, ya da hər hansı bir görüntü hazırlayan mütəxəssis (prodüser / rejissor)öz məqsədinə, niyyətinə və ideologiyasına görə vermək istədiyi mesajı"25-ci kadr”larla şüuraltına göndərməyə nail olur.

Məqsəd nədir?

Busualın cavabını axtararkən birbaşa illüminatlıq termini önə çıxır. Kadrın müxtəlif yolları da məlumdur ki, buna"Subliminal mesaj” da deyilir. Bu virus insan beyninə video, yazı, şəkil vəmusiqilər vasitəsi ilə daha çox rəqəmsalsəs fayllarına yerləşdirilən eşidilə biləcək metodlarla, filmlərdə vəteleverilişlərdə ani şəkildə parıltılı və ya "gəlib-getmə” şəklində təqlidolunan 25-ci kadrlarla və ən çox istifadəedilən üsullardan biri olan reklam və afişalardakı görüntülərin daxilində yerləşdirilənbənzətmələrlə ötürülür.

Göstərilən bu variantların izahını tarixdə baş vermiş vacib bir hadisəilə göstərmək labüddür. Təəccüblənəcəksiniz, amma illər əvvəl ABŞ İraq "işğal”etmək üçün məhz bu 25-ci kadr subliminal mesajlardan istifadə edib. Hələ ABŞordusu İraqda qırğınlar törətməmişdən əvvəl, İraq radiolarında Quran yayımınınaltında, çox aşağı bir tezlikdə eşidilməyən (lakin beynin qəbul edəbildiyi) və İraqlıların şüuraltına göndərilən:"Müqavimət göstərmək faydasız" kimi mesajlar verilmiş və bir ölkə buşəkildə şüuraltı mesajlar ilə işğal edilmişdir...

Dünyanınşər qüvvələri əsasən bu təqlidlərdən istifadə edərək sözügedən şəbəkələrininsanlar arasında cəmiyyətin bəlkə də məhvinə sürükləyən "sex”, ”Müharibə”, "faciə”və s. kimi qorxunc, ləyaqəti və insanlığıaşan metodları nümayiş etdirilər. Belə olan halda 25-ci elementinin əsasmissiyasının gerçəkləşməsinə yol açılır. Tanınmış alımın Kinoşünasın dediyikimi, saniyəsi 24 kadrı özündə cəmləyən filmlərdə gözümüzün önündü ani şəkildəpeyda olub yoxa çıxan görüntülər 24 kadrı şüurumuzla idarə də bildiyimiz haldasonuncu kadrda bu bacarığımızdan məhrum halda qalırıq. Nəticədə illüminatlıq məqsədidaşıyan bəzi iyrənc və təhlükəli davranışların insanlar tərəfindən edilməsisözügedən kadr təqlidinin şüurumuzda hakim kəsilməsi ilə izah olunur. Onu daqeyd edim ki, indiki zamanda yaşayan bütün insanlar demək olar ki, 25-ci kadr virusuilə qarşılaşıblar. Deməli, çoxlarının önəm vermədiyi, heç maraqlanmadığı 25kadr təqlidləri bir virus halında hər kəsin şüur altına həkk olunub. Sonrayaqalan isə bizim iradəmiz və seçimlərimizdən asılıdır.

25-ci kadr ideyası necə yarandı?

Məramı"Subliminal mesajlar” göndərmək olan 25-ci kadr ilk dəfə 1900-cü ildə Amerikalıbir psixoloq Knight Dunlap tərəfindən tətbiq edilib. Tanınmış psixoloq bunutamaşaçılara təqdim etdiyi illüziya tamaşasında iki "Gizli kölgə” metodundanistifadə edərək iki eyni ölçülü çubuğun izləyicilərin şüurunda fərqli şəkildə təzahüretməsinə nail olmuşdur.

1957-ciildə psixoloq Jeyms Bayker həmkarları ilə birlikdə bu 25 kadrın arasına, nə isə filmə heç biraidiyyəti olmayan bir kadr yerləşdirməyi qərara alırlar və nəticəsi inanılmazolur. Bir qrup psixoloq və yazıçı mövzunun gündəmə gəldiyi ilk illərdə buüsulun uydurma və əfsanə olduğunu və insanları təsir etməyəcəyini deyirdilər.Beyin dalğalarını ölçən texnologiyaların köməyi ilə gizli mesaj (subliminalmesaj) ehtiva edən reklama beyin daha fərqli və çox reaksiya verdiyi aşkarolunandan sonra bu üsulun təsiri sübut oldu.

Filməbaxanlar bütün filmi yaddan çıxarsalar da, bu bir kadrı beyinlərindən heç cürsilə bilmirlər, özü də, nəinki silə bilmirlər, hətta özlərindən asılı olmadanistər-istəməz onun məzmunundakı komandanı icra etmək üçün özlərini ölümə beləatırlar. Bugünkü gündə metoddan müxtəlif videofilmlər, peyk translyasiyaları və s. xətti ilə insanların beyninə lazımiideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün genişistifadə edilir.

İşin ənmaraqlı tərəfi isə bu mövzunu gündəmə daşıyan, kitab və seminarlarının yox deyiləcəkqədər az olmasıdır. Təəssüf ki, illərdir tətbiq olunan belə ciddi bir mövzu ölkəmizdəyeni araşdırılmağa başlanılıb.

Rüfət SOLTAN