2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
2021-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 4,3, o cümlədən qəsdən adam öldürmələr 13, adam öldürməyə cəhdlər 16,7, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31, oğurluqlar 3,3, soyğunçuluqlar 26 faiz azalıb.
Adalet.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclasında Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
Nazir qeyd edib ki, həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.
"Qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitən çıxarılıb. 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanıb məhv edilib", - deyə nazir bildirib.
Digər Xəbərlər
24 Dekabr 2025 10:17
Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı
23 Dekabr 2025 17:10
Şəhid bulağından oğurluq edildi - VİDEO
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18


Bakı -°C

