adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Noyabr 2018 11:04
6511
MƏMLƏKƏT

2 dövlət qurumu “Bayraq yürüşü” keçirəcək

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində "Bayraq yürüşü” keçirəcək.

Adalet.az-ın məlumatına görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər.