adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 May 2017 12:26
5532
MƏMLƏKƏT

18 gündə 1319 sürücü cərimələnib

Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına icazəsiz daxil olan 1319 sürücü cərimələnib.

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb:

"Birinci Avropa Oyunları zamanı bu rəqəm xeyli çox idi. Nəzərə alsaq ki, IV İslam Həmrəyliyi Oyunlarında daha çox ölkə iştirak edirdi, daha böyük tədbir idi, bu göstəricini qənaətbəxş hesab etmək olar”.

Qeyd edək ki, bu gün - may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunub.