17 xəstəyə sümük iliyi köçürülüb
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq insanın talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi var.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən geniş kollegiya iclasında Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, Azərbaycanda da bu xəstəliyə düçar olan vətəndaşlar: "Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə 11 Dövlət Proqramı qəbul olunub və uğurla davam etdirilir. İnsanların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən dövlət rəhbərimizin talassemiyalı xəstələrə də diqqəti xüsusi qeyd olunmalıdır. Son illər talassemiyaya ilə mübarizə istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb”.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15