16-sı axşamdan yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.
Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq.
Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.
Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.
Digər Xəbərlər
17 Mart 2026 12:07
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi
17 Mart 2026 11:47
Çöküntü və süxurların istifadəsinin hüquqi əsası yaradılır
17 Mart 2026 11:47
Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə ediləcək
17 Mart 2026 11:42
"Çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalır" - Deputat
17 Mart 2026 10:14
Doğma yurda qayıdışın sevinc sədaları: Azad edilmiş ərazilərdə növbəti fləşmob keçirilib
17 Mart 2026 09:00
DİN və FHN vətəndaşlara birgə müraciət etdi - VİDEO
17 Mart 2026 08:55
Bu gün İlaxır çərşənbədir
16 Mart 2026 13:46


Bakı -°C

