adalet.az header logo
  • Bakı -°C
16 Dekabr 2025 09:15
102
GÜNDƏM
A- A+

14 yaşlı qızın ərə verilməsi ilə bağlı YENİ DETALLAR

Tovuz rayonunda 14 yaşlı qızın ərə verilməsi ilə bağlı bəzi detallar məlum olub.

Adalet.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü qızın ailə quracağı şəxs ondan 19 yaş böyük olub.

14 yaşlı qız valideynləri tərəfindən 1992-ci il təvəllüdlü oğlana ərə getməyə məcbur edilib.

***

08:24

Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib