12 illik təhsillə bağlı dəyişiklik edəcək
Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov təhsil strategiyasında nəzərdə tutulan 12 illik təhsilə nə zaman keçiləcəyi ilə bağlı açıqlama verib. Təhsil Nazirliyində keçirilən tədbirdə 12 illik təhsillə bağlı suala cavab verən A. Əhmədov bildirib ki, Fəaliyyət Planında tədricən 12 illik tədrisə keçid nəzərdə tutulur:” Biz dünyanın inkişaf etmiş ölkələrində 12 illik təhsillə bağlı təcrübəni araşdırırıq. 12 illik təhsilə keçid elə də sadə məsələ deyil. Bu təhsilə keçidlə bağlı bir sıra məsələlər həll edilməlidir. Tədris planlarında dəyişiklik edilməlidir. Buna uyğun olaraq da dərsliklərdə dəyişiklik edilməlidir. Bütün bu məsələləri həll etmək üçün biz İşçi Qrup yaradacağıq. Müəyyən müddət ərzində təhsil proqramlarını 12 illik təhsilə uyğunlaşdıracağıq. Bır sıra məsələlər həll edildikdən sonra 12 illik təhsilə nə vaxt keçiləcəyi barədə məlumat veriləcək. İndidən bunu açıqlamaq düzgün deyil”.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44