11 yaşlı yeniyetmə dəm qazından zəhərləndi
Naftalanda 11 yaşlı yeniyetmə dəm qazından zəhərlənib.
Adalet.az-ın məlumatına görə, Naftalan şəhərində yerləşən evlərinin birində qeydə alınıb. 2014-cü il təvəllüdlü H.Adıgözəlov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.11 yaşlı oğlan dərhal xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


Bakı -°C

