106 yaşlı qadın “ispan qripi”ndən sonra koronavirusa da qalib gəldi
Uşaqlıqda "ispan qripi”nə yoluxmuş 106 yaşlı Ana del Valye adlı qadın koronavirusa da qalib gəlib.
Bu barədə İspaniyanın "Malaga Hoy” qəzeti yazıb.
106 yaşlı qadının gəlini Paki Sançesin sözlərinə görə, Ana del Valye yeddi yaşında "ispan qripi”nə yoluxub, hətta xəstəlik səbəbindən doğma bacısını da itirib.
Koronavirusa yoluxmazdan əvvəl Ana del Valye qocalar evində yaşayıb. Mart ayında qadının COVID-19-ayoluxduğu üzə çıxıb. Bu yaxınlarda xəstəliyə qalib gələn uzunömürlü qadın ardıcıl üç testin mənfi nəticə verməsindən sonra yaxınlarının yanına buraxılıb.
Digər Xəbərlər
04 May 2024 10:00
Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32