adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2019 20:59
19850
MƏDƏNİYYƏT

105 yaşlı səhnə ustası

Qələmi əlimə alıbyazmaq istədiyim sənətkar haqqında və onun yaradıcılığı ilə bağlı hər hansı birfikiri söyləmək mənim üçün həm şərəf, həm də çox böyük bir məsuliyyət deməkdir.Çünki bu sənətkarla mən də Gəncə Dövlət Dram Teatrında təmasda olmuşam. Onun səhnədəyaratdığı bir silsilə obrazlarını görmüşəm. Səhnəyə və yaradıcılığına olanciddi münasibəti hər zaman fikirlərimdən silinmir. Həm də çox səmimi və həlim qəlblibir xanım kimi yaddaşımda yaşayır. Heç yadımdan çıxmır. Gəncə Dövlət DramTeatrının səhnəsində 1986-cı ildə Tatar dramaturqu Şərif Xusainovun "Anavüqarı" (Tərcümə edən Yusif Əzimzadə) iki hissəli dramı quruluşçu rejissorArif Ağayevin traktofkasında səhnəyə qoyuldu. Bu tamaşada mən də rol aldım. Kənanobrazı rejissor tərəfindən mənə tapşırıldı. Vaxt-vədə yetişdi. Premyera günütamaşanın başlanmasına cəmi on dəqiqə qalanda qrim otağının qapısı qəfilaçıldı. Bu böyük sənətkar bir əlində xrustal bakal içərisində su, digər əlindəisə bir qabda şokalat konfet daxil oldu. "Anar, oğlum səni bu ilk uğurunmünasibəti ilə təbrik edirəm. Arzuların hər zaman yoluna işıq salsın və yolunbu su kimi aydın olsun" - deyərək ilk sənətkar xeyir-duasını verdi. Nə edəcəyimibilmədim. Çox sevincli idim. Onun əllərindən öpüb, təşəkkürümü bildirdim. Baxilk səhnə xeyir-duasını bu əfsanəvi sənətkardan aldım. Respublikanın xalqartisti Rəmziyyə xanım Veysəlova.

Rəmziyyə Osman qızıVeysəlova 1914-cü il fevral ayının 11-də Gürcüstanda anadan olub, əslən Acarqızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideyinləriöldürülüb, evləri isə müsadirə edilib. Bundan sonra bütün qohumları Qazaxstanasürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlıbir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovunyanına gətirib. Böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Baharxanım Ağalarovanın uşaq evinə yerləşdirib. Bahar xanım uşaqları öz otağındasaxlayıb. Bu dövrdə Bahar xanım Ağalarova onları əsl analıq qayğısı ilə əhatəedib. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumatyoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsilalıb. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinintövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. İlk illərdəBakı Türk İşçi Teatrının yardımcı heyətinə qəbul olunan Rəmziyyə Veysəlova kütləvisəhnələrə çıxaraq burada səhnəyə qoyulan tamaşalarda iştirak etməklə epizodikrollar oynayıb. F. Pavlovun "Çin tanrısı"da Viyen, N. Paqodinin"Balta poeması"da Qız, V. Kirşonun "Küləklər şəhəri"dəQadın, Ə. Hamidin "Hind qızı"da Stelina, Ə. Fövzinin "Gizli əl"dəƏsli, H. Nəzərlinin "Yollar"da Gülbahar obrazları onun ilk səhnəuğurlarındandır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətlisəhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı,emosional cazibə qüdrəti Rəmziyyə Veysəlova yaradıcılığının əsas amillərindənhesab edilə bilər. O, öz yaradıcılığında romantizmlə realizmin poetika xüsusiyyətlərindəneyni səviyyədə, böyük ustalıqla istifadə etməyi bacarırdı. Hər zaman səhnədəolarkən Rəmziyyə Veysəlova romantik rollarda aktyorluq istedadının coşqunehtirası, daxili temperamenti, realist rollarda səmimiyyəti, təbiiliyi və ifadəvasitələrinin əlvanlığı ilə səciyyəvi, orjinal, bədii-estetik cəhətdən hərzaman kamil görünürdü. Rəmziyyə xanım çox az müddət ərzində, Şəkidə, sonra daAşqabatda fəaliyyət göstərib. 1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyətiilə əlaqədar Aşqabad şəhərinə köçüb. Belə ki, 1932-ci ilin sonlarında gəncfırça ustası, sonralar Gəncə Dövlət Dram Teatrında tərtibatçı rəssam və baş rəssamişləyən Bəhram Əfəndiyev Aşqabad teatrında işləməyə dəvət alıb. Bu minvallaaktrisa orada üç ilə yaxın "Rəmziyyə" və "Rəmziyyə Əfəndiyeva"kimi çıxışlar edib, müəyyən təcrübə toplayıb. Aktrisa Aşqabad teatrının səhnəsindəC. Cabbarlının "Yaşar"da Yaqut, "Od gəlini"də Solmaz, U.Şekspirin "Otello"da Dezdemona, Ş. Saminin "Dəmirçi Gavə"dəMehriban, Ə. Hamidin "Hind qızı"da Elampa, A. Niyazovun "Qızılorden"də Ceyran və digər maraqla qarşılanan obrazları oynamağa müvəffəqolub.

1934-1935-ci il teatrmövsümündə həyat yoldaşı Bəhram Əfəndiyevlə Gəncəyə gəlir və hər ikisi buradateatr kollektivinə qəbul olunur. Qeyd etmək lazımdır ki, bu dövrdə GəncəTeatrında Rəmziyyə Veysəlova kimi bu səpkili aktrisa yox idi. Bu dövrdə onun həmyaşıdıolan Barat Şəkinskaya teatrdan inciyib, Bakıya getmişdi. Ona görə də RəmziyyəVeysəlova tezliklə teatrın aparıcı aktrisasına çevrilə bildi. Klassik əsərlərdəmöhtəşəm romantik xarakterlər, dünya ədəbiyyatı nümunələrində poetik realistobrazlar yaradan aktrisa Rəmziyyə Veysəlova Gəncə Dövlət Dram Teatrındalirik-psixoloji üslubun yaradıcılarından və aparıcı sənətkarlarından biri hesabedilir. Aktrisaya hər zaman rejissorlar tərəfindən həm sevgili, həm qəhrəman, həmdə dramatik səciyyəli aparıcı rollar tapşırılırdı və o, səhnədə rejissorlarınümidini doğruldurdu. Eyni zamanda aktrisa hər zaman axtarışlar aparır,istedadını cilalayıb formalaşdırmaq yolunda fədakarlıq göstərirdi. Bu baxımdanonun milli klassiklərin əsərlərində oynadığı C. Cabbarlının "Nəsrəddinşah"da Sitarə, "Od gəlini"də Gülsüm, "1905-ci ildə"dəNabat, "Almaz"da Mariya Timofeyevna və Almaz, S. Vurğunun"Vaqif"də Gülnar, Xuraman və Tükəzban, "Fərhad və Şirin"dəMəryəm, S. Rəhmanın "Küləklər"də Firuzə xanım, "Toy"daKamilə, "Xoşbəxtlər"də Sənubər, M. F. Axundzadənin "HacıQara"da Tükəz, H. Cavidin "Şeyx Sənan"da Xumar, "Səyavuş"daNina və Südabə, Ə. B. Haqverdiyevin "Bəxtsiz cavan"da Mehri xanımobrazları maraqla baxılır və tamaşaçılar tərəfindən sevilirdi. Aktrisa RəmziyyəVeysəlova hər an səhnədə ifa etdiyi bu obrazlarda xarakterin psixoloji inkişafxəttinə uyğun şəkildə kövrək pıçıltıdan, həzin lirizmdən partlayan ehtirasa qədərsəsinin bütün çalarlarından mahir bir səhnə ustası olaraq istifadə etməyibacarırdı.

Bu gün Rəmziyyə Veysəlovahaqqında söhbət düşərkən oğlu Çingiz Yusifzadənin ömür-gün yoldaşı, gəlini olanyazıcı-dramaturq Nüşabə Əsəd Məmmədli onun haqqında deyir: "Rəmziyyə xanımbütün varlığı ilə Azərbaycana bağlı insan idi. Həmişə fəxr edirdi ki, onun müəllimiböyük Hüseyin Cavid olub. Bakı Teatr Texnikumunda o, sənət korifeylərimiz MehdiMəmmədov və Əli Zeynalovla birgə Cavid əfəndidən dərs ala bilib. O, hər zamanbu sənət ocağını müqəddəsləşdirirdi. Deyirdi ki, böyük sənəd əsərlərində rolalanda özünü xoşbəxt sayır. Teatrımızda qədim Yunan dramarturgiyasından -Evripid, Fiqereydo, Sofoklun əsərləri, həmçinin böyük Şekspirin, Şillerin,Brextin və əlbəttə ki, Azərbaycandramatuqları Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin,Cəfər Cabbarlının ölməz əsərləri səhnə təcəssümünü məhz Gəncə Teatrında tapandaçox sevinir. Mən Ramziyyə xanım haqqında fikirləşərkən ilk növbədə onun böyük sənətkar,teatr fədaisi olmasını düşünürəm".

Onun H. Quliyevin"Qohumlar"da Gülnar, N. Paqodinin "Kreml saatı"da Maşa, M.Təhmasibin "Bahar"da Qumru və Kəmalə, Ə. Yusifovun "Babək"dəZümrüd, R. Rzanın "Vəfa"da Vəsfiyyə, M. İbrahimovun "Məhəbbət"dəHürü, Q. Musayevin "Şərqin qalası"da Gülər, "Köhnə həyatınsakinləri"də Şirindostu və Məfkurə, C. Məcnunbəyovun "İldırım"daYeganə, H. Bicari və Q. Cəmşidinin "Xəyanət"də Nahid, M. Şamxalovun"Qaynana"da Afət, L. Həsənovun "Günəş"də Günəş, B.Bağırovun "Tamaşa qarının nəvələri"də Tamaşa nənə, B. Vahabzadənin"Vicdan"da Xalidə, Ə. Yusiflinin "Ürək sevərsə..."dəMehriban, A. Məmmədovun "Kişilər"də Rəxşəndə, İ. Səfərlinin "Gozhəkimi"də Həkim, İ. Əfəndiyevin "Sən həmişə mənimləsən"dəNurcahan xanım, S. Rüstəmin "Qaçaq Nəbi"də Gülbacı, Ş. Qurbanovun"Sənsiz"də Sevinc, Ə. Hacızədənin "İtgin gəlin"də Cahan, İ.Şıxlının "Dəli Kür"də Zərnigar obrazları aktrisanın Azərbaycan çağdaşmüəlliflərinin səhnə əsərlərində çıxış etdiyi və maraqla qarşılananpersonajlarındandır.

Bu gün Rəmziyyə Veysəlovadansöz düşərkən Gəncə Dövlət Dram Teatrının aktrisası, respublikanın əməkdarartisti Rəhilə Məmmədova onu sənət müəllimi adlandıraraq deyir: "Yaxşıyadımdadır, Əlibala Hacızadənin "İtgin gəlin" pyesində Cahan obrazıxalq artisti Rəmziyyə Veysəlovadan sonra mənə tapşırıldı. Ancaq obraz həvaləolunsa da sözlərini əzbərləmək üçün vermədilər. Heç yadımdan çıxmaz. Xalqartisti mərhum sənətkarımız Rəmziyyə Veysəlova məni öz evinə çağırıb, obrazın həmsözlərini, həm də əlimdən tutub mizanlarını öyrətdi. Həmin axşamı gəlibtamaşanı oynadım. Səhnədə həddən artıq tələbkar bir tərəfmüqabilim olan xalqartisti Sədayə Mustafayeva ilə oynamaq mənim üçün böyük imtahan demək idi. Mənbuna baxmayaraq bu imtahandan çıxdım. Hətta teatrın o zamanlar baş rejissoru vəbu tamaşanın quruluşçu rejissoru olan respublikanın əməkdar incəsənət xadimiYusif Bağırov gəlib dedi ki, tamaşada heç bilinmədi ki, Rəmziyyə Veysəlovayoxdur. Sanki o özü oynadı bu səhnəni yenə də. Mən bu gün qocaman səhnəustaları Rəmziyyə Veysəlova və Sədayə Mustafayeva kimi sənətkarlarımız olmasaidi səhnənin uğurunu heç vaxt bölüşə bilməzdim".

Respublikanın xalqartisti Rəmziyyə Veysəlova həmçinin dünya klassiklərinin müxtəlif janrlı pyeslərindəeləcə də əcnəbi dramaturqların əsərlərində maraqlı və bitgin obrazlar qaleriyasıyarada bilib. Onun Evripidin "Medeya"da Dayə, U. Şekspirin"Otello"da Emilya, "III Riçard"da York Hersoqiniyası, O.Kamalın "Yad qızı"da Həcər xanım, M. Qorkinin "Qoca"daZaxarovna, B. Brextin "Üç qəpiklik opera"da Xanım Piçem, G.Fiqeyredunun "Tülkü və üzüm"də Kleya, N. Hikmətin "Kəllə"dəPaolina, V. Şkvarkinin "Özgə uşağı"da Ceyran, Ə. Nesin "Bura gəlin"dəZann, A. Kizburqun "Qanq qızı"da Hominqholi, B. Lavrenyovun"Hücum"da Tatyana, M. Kərimin "Aygül diyarı"da Zülxəbirəsurətləri maraqla baxılan səhnə əsərlərindəndir.

Yazıcı-dramaturq NüşabəƏsəd Məmmədli Rəmziyyə xanım Veysəlova haqqında xatirələrində yazır: "Mənimyadımdadır ki, uzun illər evimizin divarından Əşrəf Yusifzadə ilə birgə Rəmziyyəxanımın portreti asılmışdı. Onun rəsmi də həyatda olduğu kimi çox gözəl idi. Buşəkildə onun boynundan Anna Axmatovanın boyunbağısından var idi (AnnaAxmatovanın şəkillərində görmüşdüm). Mən heç vaxt Rəmziyyə xanımdan buboyunbağı ilə bağlı heç nə soruşmurdum. Ancaq ölümündən bir neçə ay qabaq Rəmziyyəxanım məndən xahiş etdi ki, ona kömək edib qonaq otağına aparım. Mən onu yataqotağından qonaq otağına gətirəndə o, öz şəkilinin qarşısında dayanıb baxdı vəüzünü mənə tutub soruşdu:

- Nuşa, sən bilirsən buboyunbağını mənə kim verib?

- Yox, - dedim.

O, soylədi ki, 1941-ciildə Alman faşistləri Moskvaya yaxınlaşanda hökümət Moskva Bədaye Teatrını Gəncəyətəxliyyə etdi və bir müddət Rusiyanın böyük sənətkarları Koçalov, Ranevskaya,Knipper-Çexova və başqaları Gəncədə yaşadılar, öz Azərbaycan həmkarları ilə çiyin-çiyinəişlədilər.

Bir dəfə GəncəTeatrında deyəsən Lermontovun "İki qardaş" pyesi oynanılırdı. Rəmziyyəxanım bu tamaşada böyük sənətkarımız Məmməd Rza Şıxzamanovla tərəf-müqabil idi.Rəmziyyə xanım səhnədə elə parlaq rol nümayiş etdirmişdir ki, zalda həmkarlarıilə əyləşən Olqa Knipper-Çexova öz boyunbağısını Rəmziyyə xanımın boynunataxmışdır.

- Mən bu boyunbağınıdüz 17 il saxladım - dedi Rəmziyyə xanım.

Ancaq 1958-ci ildə"Nəsrəddin şah" tamaşasında Sədayə Mustafayeva elə gözəl oynadı ki, mənbu boyunbağını Sədayəyə bağışladım. Bu rolu vaxtı ilə məndə oynamışdım. Lakin Sədayəninifası məni titrətdi. Ancaq mən düşündüm ki, bəlkə də bu boyunbağıya böyükyazıçı Çexovun əli toxunub.

... Düz 42 ildən sonra, yəni 2000-ci ildəqızım Aysel universiteti bitirib Gəncəyə gələndə, çox sevdiyim sənətkar, xalqartisti Sədayə Mustafayeva bizə gəldi. Məni və uşaqlarımı öpdü - qızıcan, məndəRəmziyyə xanımın Knipper Çexovanın ona bağışladığı yadigarı var. İstəyirəm onuelə Rəmziyyə xanımın nəvəsinə bağışlayım. O həmin boyunbağını qızıma bağışladı.Aysel üçün bu artıq 3 korifey sənətkarın Olqa - Knipper Çexovanın, RəmziyyəVeysalovanın və Sədayə Mustafayevanın əziz yadigarı oldu".

Xalq artisti RəmziyyəVeysəlovanın Azərbaycan mədəniyyəti tarixində xidmətləri hər zaman yüksək qiymətləndirilib.Belə ki, 24.12.1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı,30.04.1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 20.05.1958-ciildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Rəmziyyə Osman qızıVeysəlova 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat edib.


Anar Burcəliyev

Teatrşünas