adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Aprel 2024 12:28
326
DÜNYA

10 il sonra eviniz 5 metr aşağıda olacaq

Sərt görüntüsü ilə diqqət çəkən Meksikanın paytaxtı olan Mexiko şəhəri əslində heç də sərt deyil. İspan işğalçılar o vaxt ərazini daha çox şəhərləşdirmək üçün Texcoco gölünü qurudub, üzərində şəhər saldığı üçün şəhərin altı yumşaqdır.

Hazırda isə yumşaq torpaq nəhəng ağırlıqlar altında sıxılır. Beləliklə, şəhər hər il təxminən 50 sm-ə qədər dibə batır. Şəhərin müxtəlif yerləri hər il müəyyən qədər dibə çökür. Bu isə yeraltı infrastruktura, reysli ictimai nəqliyyata ciddi zərərlər vurur. Metro kimi yerlərdə bu çöküntülər gözlə asanlıqla görmək olur.

Təsəvvür edin ki, bu gün yaşadığınız ev 10 il sonra 5 metr daha aşağıda olur.

Emin