Suriyada daha 20 terrorçu məhv edilib
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi "Fırat kalkanı” ("Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 20 üzvü zərərsizləşdirilib, 116 hədəfi məhv edilib.
Adalet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab şəhərində aparılıb.
Eyni zamanda əməliyyatın başladığı 147 gün ərzində 2 min 941 ədəd əl istehsalı partlayıcı və 43 min ədəd uzaqdan idarə edilən partlayıcı qurğu məhv edilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29