adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 May 2020 16:55
17330
SİYASƏT

Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib

Bu gün 98 saylı Şəmkirşəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarovavideokonfrans formatında seçicilərin qəbulunu keçirib. Videoqəbulda millətvəkili secicilərin orta məktəb binalarının və uşaq evi-bağçaların təmiri,sakinlərin içməli su ilə təminatı, elektrik enerjisi ilə təminatınyaxşılaşdırılması, Atabəy kəndinin qazlaşdırılması, bəzi kəndlərdə aralıq sukanallarının təmiri və betonlaşdırılması, gənclərlə bağlı layihələrinreallaşdırılması və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeydolunub ki, millət vəkili S.Qafarova seçicilər tərəfindən qaldırılan bəziməsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub,bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Hazırda isəhəmin məsələlər müvafiq Dövlət Proqramında öz əksini tapıb.

Sahibə Qafarova qeydedib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşlarınlayiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindənhəyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O, son illərdəölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrininreallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlərhəyata keçirildiyini diqqətə çatdırıb. Millət vəkili təhsil infrastrukturununyaxşılaşdırılmasının ölkəmizdə sosial siyasətin başlıca hədəflərindən biriolması, bununla bağlı dövlət proqramlarının icra edilməsi, xüsusiləAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun PrezidentiMehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyətibarədə də məlumat verib.

Sahibə Qafarovahəmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasıvə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görüləntədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədləmöhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlərhəyata keçirilib və bu tədbirlərin nəticəsidir ki, hazırda virusun yayılmasıilə bağlı vəziyyət nəzarət altına alınıb. Ona görə də ölkəmizdə koronaviruslaəlaqədar karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlərsanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindənmərhələli çıxış mexanizmləri tətbiq edilir. Bununla belə, təhlükə hələ tamsovuşmayıb və gündəlik yoluxma halları qeydə alınmaqdadır. Bunu nəzərə alaraqS.Qafarova hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında OperativQərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçicilərimövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi –profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurətolmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimumkontaktda olmağa çağırıb.

Millət vəkili deyibki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçkidairələrində fəaliyyətə də müəyyən dərəcədə təsir göstərib. İndi seçicilərlətəmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiqedilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Bu gün keçirilənvideoqəbul da bu məqsədlə təşkil olunub. Sahibə Qafarova qarşıdakı dövrlərdə dəseçicilərlə videokonfrans vasitəsilə görüşlərin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, görüşdəŞəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçicimüraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundanbaxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qismmüraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

Nicat Novruzoğlu