adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Avqust 2014 16:35
5401
SİYASƏT

“Qəhrəman qadın” kimi qələmə verilən Leyla Yunusun əməlləri ifşa olunmalıdır”

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycandatanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə bəyanat yayıb. "Tərəqqi”Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi yayılan bəyanata etiraz edib.Birliyin sədri İndira Şəmsivari qeyd edib ki, son illər Azərbaycanın uğurudünya ölkələri tərəfindən bir mənalı qarşılanmır. Bu baxımdan ölkəmizə qarşı daim qərəzli mövqe nümayiş olunur. 

Vətəndaş Cəmiyyətinin liderlərinin həbsində Leyla Yunusun adının xüsusi olaraqqabardılması heç cürə başa düşülən deyil: "Leyla Yunus daim anti-Azərbaycansiyasəti həyata keçirib. Onun ölkə rəhbərliyində təmsil olunduğu zamandan buyana etdiyi hərəkətlər, həyata keçirdiyi siyasət hər zaman xarici donorların,xarici havadarların maraqlarına xidmət edib və bu insanların fəallaşması məhzölkəmizdə keçirilən seçkilər öncəsinə təsadüf edib. Bu aktivlik də ölkədaxilində asayiş pozunlmasına gətirib çıxarırdı”.

İ.Şəmsivari beynəlxalq təşkilatın "qəhrəman qadın”obrazı yaradılan Leyla Yunusun Azərbaycan polisini təhqir etməsini, Azərbaycanhüquqları çərçivəsindən kənara çıxaraq dövlət məmurlarına qarşı qeyri-etik hərəkətləretməsini nəzərə alınmasını məqsədə uyğun sayır.

Birlik sədri hesab edir ki, L.Yunusun bu əməlləriilə bağlı beynəlxalq təşkilatlara ətraflı və geniş məlumatlar göndərilməlidir.Onlar bu istiqamətdə ciddi maarifləndirilməlidirlər.