adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Fevral 2017 18:12
6177
SİYASƏT

“Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir”

"Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasını çox təqdirəlayiq hesab edirəm. Çünki Mehriban xanım Əliyeva siyasət aləmində tanınılan, öz dəst-xətti olan bir şəxsiyyətdir”.

Adalet.az xəbər verir ki, bBunu Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev dedi.Millət vəkilinin fikrincə, o, uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir: "Düşünürəm ki, bundan sonra onun fəaliyyət dairəsi daha da genişlənəcək, görəcəyi xeyirxah işlərin miqyası böyüyəcək, hər sahədə xalqımızın ümidlərini ləyaqətlə doğruldacaq və ölkəmizin ictimai-siyasi həyatına da sanballı töhfələr verəcək. Mehriban xanımı öz adımdan və 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçiciləri adından ürəkdən təbrik edirəm! ".