adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Oktyabr 2013 11:54
12206
MƏMLƏKƏT

“ Dərslik portalı” yaradıldı

Tələbə Qəbulu üzrə DövlətKomissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda "Dərslik portalı”nınyaradılması haqqında əmr imzalayıb. TQDK-nın mətbuat xidmətindənAdalet.az -a verilən məlumata görə,əmrdə dərsliklərin daim təkmilləşdirilməsinin vacibliyi nəzərəalınaraq,yeni dərsliklər çap olunanadək,Təhsil Nazirliyi iləbirgə elektron "Dərslik portalı”yaradılması qeyd olunub.

Əmrdəgöstərilib ki, ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrindəistifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrininelmi-metodiki monitorinqi nəticəsində formalaşmış yekun rəylər ölkədə tətbiqedilən dərslik siyasətinə görə yalnız 4 ildən bir yeni hazırlanacaqdərsliklərdə nəzərə alına bilər. TQDK tərəfindən ümumi təhsili həyatakeçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərininvə digər tədris vasitələrinin aparılmış elmi-metodiki monitorinqi nəticəsindəhazırlanmış yekun rəylər və müəllimlərə dərsliklərlə işləməkdə metodikiköməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar buportalda yerləşdiriləcək.

Portaldayerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin,TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərinmütəmadi olaraq aydınlıq gətirməsi təşkil ediləcək.

Bundanbaşqa, tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasındahazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri,fəsilləri üzrə materiallara dair qeyd və təkliflər portalda hissə-hissə onlarkeçildikcə yerləşdiriləcək, həmin materiallarla bağlı portala qeydlər,təkliflər daxil olarsa, onlar mütəmadi olaraq müzakirələrə çıxarılsın və bubarədə portalda məlumat veriləcək.

Əmrəəsasən, elektron portal istifadəçiləri anonim olmamalı, bunun üçün "Dərslikportalı”nın istifadəçiləri qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin seriyasıvə PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər. Bu məlumatlarınhəqiqiliyinin yoxlanılması "Giriş-çıxış və qeydiyyat” idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək.