adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Aprel 2014 13:05
6605
GÜNDƏM

“Dağlıq Qarabağda İnsan Hüquqları” mövzusunda konfrans keçiriləcək

Beynəlxalq Mətbuat İnstitutunun CənubiAfrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Konqresi və BaşAssambleyası başa çatıb. Knqresdə "Jurnalistika və Etika”, "Afrikada TədqiqatçıJurnalistlərin Hesabatları”, "Təhlükəli Ərazilərdə Jurnalistika TəhlükəsizliyiQaydaları”, "Media Azadlığının 20 İlliyi”, "Cari Proseslərin Mətbuat AzadlığınaTəsiri”, "Çinin İnkişaf edən Dünyada Rolu” və sairə mövzular ətrafındamüzakirələr aparılıb.

Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq AvrasiyaMətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarəheyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumatverib. Onun sözlərinə görə, Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi idarəheyəti üzvləri tərəfindən təsdiq edilib, müddəti bitməkdə olan idarə heyətiüzvlərinin və yeni heyət üzvlərinin namizədliyi nəzərdən keçirilib. BaşAssambleyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Rəhimoğlutərəfindən namizədliyi irəli sürülən Əl-Cəzirə Telekanalının İnsan Hüquq vəAzadlıqları Departamentinin rəhbəri Sami-Əlhajın namizədliyi müzakirəyəçıxarılıb və o, idarə heyətinə üzv seçilib.

Sami Əlhaj hazırda Əl-Cəzirətelekanalında İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəri vəzifəsindəçalışır. 2001-ci ildə Əfqanıstanda jurnalistika fəaliyyətini həyata keçirənzaman Pakistan ordusu tərəfindən həbs edilib və 2008-ci ilə qədər AmerikaBirləşmiş Ştatlarının Qvantanama həbsxanasında saxlanılıb. Müxtəlifzorakılıqlara məruz qalan Sami-Əlhaj və çox sayda məhbus etiraz olaraq aclıqaksiyasına başlamışdılar. Uzun müddət işgəncələrə qatlaşan və təhqirlərə dözənSami-Əlhaj 2008-ci ildə Stafford Smith adlı hüquq müdafiəçisinin köməyi iləbəraət əldə edib.

Tədbirin mükafatlandırma mərasimindəƏl-Monitor xəbər agentliyi ən yaxşı "Azad Media Pioneri” mükafatına, iranlıjurnalist Maşallah Şamzolvaezin isə "Dünya Mətbuat Qəhrəmanı” mükafatına layiqgörülüb.TədbirdəƏl-Jəzirə Telekanalının İdarəedici Direktoru Mosefa Souag, Baş Prodüsser HassanSaeed Elmogummer Zaha, İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəriSami-Elhaj, Qahirə bürosunun rəhbəri Abdelfattah Fayed və U.Rəhimoğlu, BAMF-ınbeynəlxalq əlaqələr üzrə koordinatoru Vəfadar Rizvanlı arasında görüş olub.Olduqca məhsuldar keçən görüşdə Əl-Cəzirə telekanalının rəsmiləri DağlıqQarabağ münaqişəsi ilə bağlı mövqelərini bildirərək daim Azərbaycanın yanındaolduqlarını qeyd edib və problemin işıqlandırılması ilə kömək etməyə hazırolduqlarını bildiriblər. Görüşdə BAMF və Əl-Cəzirə telekanalı arasında əməkdaşlıqmüqaviləsinin imzalanması və Bakıda "Dağlıq Qarabağda İnsan Hüquqları”mövzusunda konfrans keçirilməsi qərara alınıb.

Görüşün sonunda Əl-Cəzirə rəsmiləriU.Rəhimoğlunu Qatarın paytaxtı Doha şəhərində 26-27 May, 2014-cü il tarixindəkeçiriləcək "8-ci Əl-Cəzirə” Forumunda iştirak etməyə dəvət ediblər.U.Rəhimoğlunun səfəri zamanı Əl-Cəzirə Telekanalı ilə BAMF arasında ƏməkdaşlıqMemerandomunun imzalanması və BAMF-ın Əl-Cəzirə telekanalının Azərbaycan üzrəinformasiya sözçüsü təyin edilməsi planlaşdırılır.