adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Aprel 2019 18:13
38894
MƏDƏNİYYƏT

BÖYÜK TARZƏN RAMİZ QULİYEV HAQQINDA EPOPEYA

Yazıçı-jurnalist,Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyevin bufundamental əsərini böyük acgözlüklə oxudum və əsərin qəhrəmanı Ramiz Quliyevhaqqında yazdıqlarına təəssüratımı bildirməkdən əvvəl elə müəllif haqqında birneçə kəlmə demək istədim.

Deyirlərdağların əzəməti kənardan baxdıqda daha yaxşı görünür. Mən bu böyük sənətkarıkeçən əsrin 80-ci illərindən tanıyıram. Rəhbərlik etdiyim Ağdama tez-tez gələr,mənimlə nadir hallarda görüşər, müxtəlif xahişlər eşitməyə adətkarda olduğumdanheç bir xahiş etməz, çox təvazökarlıqla görüşüb ayrılardı. Onun sənətkarlığıbarədə eşidirdim, görürdüm, lakin təəssüflə deməliyəm ki, musiqi aləmindəduyumum çox da yüksək olmadığından onun böyüklüyünü, əzəmətini bu əsəri oxuyanaqədər lazımi qədər dərk etməmişdim. Ramiz Quliyev əzəmətini əks etdirənçoxsaylı faktları oxuduqca onunla yanaşı müəllifin də əzəmətinə heyran oldum.

Müəllif elə birtədqiqat əsəri yazıb ki, imkanım olsaydı onu sənətşünaslıq doktoru adına təqdimedərdim. Mən mütailəni çox sevən bir adamam, xüsusilə böyük sənətkarlara dairyazılanları hər zaman oxuyuram. Etiraf edim ki, belə zəngin tədqiqat işinə çoxaz-az hallarda təsadüf etmişəm.

Əvvəla müəllifinçox maraqlı bir üslubu tapması, şərqin böyük dastanı "Min bir gecə"nağılına əsaslanıb söhbətə başlaması məni valeh etdi. Bunu da deyim ki,elə nağıllar aləmindən söz açılan təki yaddaşımda Ramiz Quliyevin həmyerlisi,böyük yazıçı dramaturq Süleyman Sani Axundovu, onun hekayələrini, xüsusilə bujanrda yazılan bütün əsərlərin zirvəsində dayanan "Qaraca qız"ıxatırladım. Mən 1980-cı ildə Ağdama rəhbərliyə gələrkən ilk sevindiyim faktdoğma yurdu olan Seyidli kəndində onun abidəsini görməyim olmuşdu. Və deməliyəmki, ilk kədərləndiyim də xan qızı Natəvanın Ağdamın İmarət adlanan müqəddəs məkanında(Qarabağ xanlarının, o cümlədən Natəvanın məzarları buradadır) unudulmuş məzarıoldu və ilk tədbirlərimdən birisi onun məzarını abadlaşdırmaqla ona layiq gözəlbir abidə ucaltmaq, elə bununla əlaqədar sonralar ənənəyə çevrilmiş Natəvanqızlar bayramı adlanan çox əzəmətli bir tədbirin keçirilməsi oldu. Bunun əzəmətionda idi ki, respublikanın bütün şəhər və rayonlarından minlərlə qız-qadın bu tədbirəgəlib qoşulmuşdu.


Yeri gəlmişkən mənçapdan çıxan bir neçə əsərimdə ağdamlılar haqqında yazmışam və burada yenə dəqeyd etməkdən qala bilmirəm. Rəhbərlik etdiyim rayonların heç birində (indikibölgü ilə 9 rayona rəhbərlik etmişəm)ağdamlılar qədər fədakar camaat görməmişəm və ona görə də Ağdama gəldikdən birneçə ay sonra möhkəm qənaətə gəldim ki, bunlarla dağı-dağ üstünə qoymaq olar.Elə bu qənaətlə də o zamanın plandan kənara çıxmaq düsturunu pozaraq bir çoxplansız yeniliklərə baş vurdum. Bu sırada biri-birinin ardınca tikilib istifadəyəverilən sanatoriya - istirahət obyektləri(Abdal-Gülablı, Şelli, Şahbulaq, Dəlidağ, Əhmədağalı, Ergi qəsəbəsi, uçulubdağılmış Pənahxan qalasının bərpası, respublikada ilk ticarət mərkəzi, Şərqdəilk muğam-musiqi məktəbi və s. bu sıradandır. Ağdamın böyük vurğunu yazıçıjurnalist, Respublika Milli Məclisinin deputatı Aqil Abbasın bu yaxınlarda"525-ci" qəzetdə yazdıqlarını böyük minnətdarlıqla qeyd edirəm:"Qarabağda sanatoriyalar vardı, buralarda hələ indi otellər tikilir".

Yenə yeri gəlmişkənmən hər yay Kəlbəcər yaylaqlarına çobanlara baş çəkməyə gedirdim. Bir gedişimdəAzərbaycanın çox dəyərli ziyalıları Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni, NurəddinRzayevi də (hər üçünə Allahın rəhmətini diləyirəm) özümlə aparmışdım. Onlarınçobanlarla görüşünü təşkil etdim, 500-ə qədər çoban toplaşmışdı. Elə təzəcəonları yığıncağa təqdim etmişdim ki, dəhşətli yağış başladı. Görüş baş tutmadıvə biz ayrılıb yola düşməli idik. Bu sanki Allahın möcüzəsi idi. Mən eləyoldaca qərara gəldim ki, Kəlbəcərin Ağdam çobanlarının daha çox olduğu Dəlidağyaylağında bir mədəni mərkəzi tikdirəm. Xudu Məmmədov təkidlə xahiş etdi ki,icazə ver onun prorabı (iş icraçısı) mən olum. Rəhmətlik yenicə infarkt xəstəliyindənsağalıb Ağdama gəlmişdi və səfərimizə də böyük dostu professor NurəddinRzayevin qəti etirazına baxmayaraq qoşulmuşdu.

Mənim də, NurəddinRzayev və Bəxtiyar Vahabzadənin də xahişinə baxmayaraq o, əl çəkmədi. Mənonları gecə saat 12-də Xudu müəllimin Mərzili kəndindəki evinə qoyub şəhərəqayıtdım. Ertəsi günü səhər saat 6-da (adətən işə getmə saatım idi, bir neçə təsərrüfatıdolaşıb şəhərə qayıdırdım) evimə bitişik qonaq evinin həyətində Xudu müəllimi əlindətutduğu bir şeylə gördüm. Demə o, bütün gecə işləyib mədəni mərkəzin maketinihazırlamış və Dəlidağa göndərilməsini bir daha xahiş edir. Mənim yalvarışlarımgöydən asılı qaldı. Qonaqlarını yola salıb həmin günücə geri qayıtdı ki, mənhazıram. Ertəsi günü maşın karvanı ilə (Kəlbəcər yaylaqlarında qoyunları olanbütün kolxoz və sovxozların tikinti briqadaları olmaqla) onları yola saldım vəardınca tikinti materialları ilə ikinci maşın karvanı yola düşdü. O zamanindiki mobil telefonlar yox idi. Hava telefonu adlanan bir şəbəkə var idi ki,Ağdamın 20-30 km-də çətin eşidilirdi. Lakin 190 km məsafədə olan Dəlidağla eləsərbəst danışmaq olurdu ki, sanki yanımızdakı adamla danışırsan. Xudu müəllim hərgün material sifariş verir və mən də elə həmin günücə əməl edirdim. Nəticədə 14gün ərzində mədəni mərkəzin tikintisi başa çatdı. Bu müddətdə oraya 170 maşınmaterial göndərilmişdi. Bax bu, yuxarıda dediyim kimi ağdamlıların fədakarlığındanirəli gələn bir fakt idi.

Digər bir faktıda elə bilirəm desəm yerinə düşər. Ağdamın Ergi qışlaqlarına yol yox idi. Həminqışlaqların sahəsi 12 min hektardır və indi Ağdamın ermənilər tərəfindən işğalolunmamış sahəsidir. Həm də suya həsrət olan bu zəngin torpaq sahələrindən səmərəliistifadə olunmur, bəzən qış ağır gələndə xeyli qoyun-quzu tələfatı olurdu. Bizmərkəzdən 60-70 km məsafədə olan Ergiyə asfalt yol çəkdik, həm də bütün rayonutəmin edəcək qədər yem istehsalı üçün çoxsaylı artezian quyuları qazıldı. Bunada qane olmayıb Araz çayından Mil düzlərinə gələn kanaldan su xətti gətirildi.SSRİ-də yenicə 26-cı qurultay şərəfinə buraxılan 26 süni yağış qurğularınınyarıya qədəri buraya gətirildi. İki ay ərzində hazırda 4 min qaçqının yaşadığıErgi qəsəbəsi tikilib istifadəyə verildi. Yeri gəlmişkən bir neçə il əvvə Ergiyədostum çoban Əli Abbasovun görüşünə getmişdim, həmin qəsəbədən 5-6 ağsaqqal gəlibmənə minnətdarlıq etdi ki, siz bu qəsəbəni tikdirməsəydiz, indi biz də qaçqın həyatıyaşayardıq.

Mən RamizQuliyev epopeyasından ricətə çıxıb bunları ona görə qeyd etdim ki, yazıçının əsərindəAğdam haqqında deyilənlərə kiçik bir əlavə - ağdamlıların fədakarlıqlarına dairnümunələr olsun.

İndi isə keçirəməsərin məziyyətlərinə. Yazıçının əsəri böyük iman sahibi kimi Ulu Yaradanın adıilə başlaması çox gözəldir, təqdirəlayiqdir. Əsər "Min bir gecə"ninbaş qəhrəmanı Şəhrizadın 10 nağılından ibarətdir. Əsərin "gözəllik"adlanan ilahi varlıqla başlaması çox orijinaldır. Burda böyük Nizaminin birbeyti yada düşür:

"Gözəllik dəbu dünyadan əzəldir,

Gözəldən hər nəgörsən yenə gözəldir".

Yeri gəlmişkənNizaminin gözəlliyin bu dünyadan əzəl olması fikrinə böyük filosoflar, ədəbiyyatşünaslar uzun illər,əsrlər boyu birmənalı cavab tapa bilməyiblər. Mən buna münasib bir cavabı böyüktürk mütəfəkkiri İbrahim Haqqının 4 cildlik "Mərifətnamə" əsərindətapdım.

Orada deyilirki, Allah dünyanı yaratmaqdan əvvəl bir cövhər yaradıb. Bu cövhər elə gözəl idiki, Allahın özü də ona vurulmuş, cövhər utandığından köpüklənmiş və bu köpükyayılaraq ondan yer kürəsi əmələ gəlmişdi. Əfsanəvi olsa da tapıntı kimi məqbulsayıla bilər.

Yazıçının şahsarayının və Şəhrizadın gözəlliyi barədə yazdıqları ürəkləri riqqətə gətirməyəbilməz. Gözəlliyi duymaq, onu qələmə almağı bacarmağın özü də gözəldir.

Daha sonrayazıçı Şəhrizadın 10 nağılı ilə Ramiz Quliyev epopeyasını canlandırır.Yazıçının Şəhrizadın nağılları silsiləsilə əsərini 10 fəsildə formalaşdırmasıda çox maraqlıdır, orijinaldır, məntiqidir.

Birinci nağılımusiqinin dünyəvi dəyərləri ilə başlayır və buna bəşəriyyətin yaratdığı dahilərindedikləri ilə rəng verməsi gələcək fəsillərə hazırlaşmaq baxımından çox gözəldir.Bu yerdə həmin deyimləri təkrar etmək eləbilirəm vacibdir.

Böyük almanyazıçısı və musiqişünası Veber Karl Mariya: "Musiqi əsl ümumbəşəridildir".

Digər nəhəngmüsiqişünas bəstəkar Bax Vilhelm Firideman: "Musiqinin məqsədi qəlbləririqqətə gətirməkdir".

Böyük rus yazıçısıFeodor Dostoyevski: "Modalar dəyişir, əsl musiqi isə əbədi yaşayır".

Martin Lüter:"Musiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir".

K.Silvestr:Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürününmusiqisidir".

Tomas Karleyin: "Musiqisözsüz, bəzən də çox dərin mənaları ifadə edən nitqdir".

Dahi yunanfilosofu Platon: "Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir,qəlbə qanad verir, insan üçün zəruri olan kədərə və şadlığa səbəb olur".

Böyük almanşairi Henrix Heyne: "Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətinson sözüdür".

(ardı növbətisayımızda)