adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Iyul 2020 13:30
33451
GÜNDƏM

- Bizə yazırlar-

«Ədalət» qəzetininredaksiyasına Bakı şəhəri, NəsimirayonuC.Məmmədquluzadə küçəsi 98 saylı binanın «Müəllimlər» mənzil-tikintikooperativi payçıları tərəfindən şikayətərizəsi daxil olub. Binanın sakinləri ərizədə bildirirlər ki, «Müəllimlər» mənzil-tikinti kooperativi 1960-cı ildə yaradılmış və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayəqoyulmuşdur. Burada 0.65 ha həyətin ümumisahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olanbina, zirzəmi və 188,3 kv.m sahəsi olan yarımzirzəmisi, həmçinin zirzəminin mebeli, kondinsionerləri, nasosxana,işıqlandırma və elektrik sistemlərininalınması və quraşdırılması, həyətinyaşıllıqla abadlaşdırılmışistirahət zonası, kooperativ üzvlərinin yığıncağıüçün nəzərdə tutulmuş qeyri-yaşayışsahəsi pay sahiblərinin sərmayəsihesabına inşa edilmişdir. Bina 1965-ciildə istismara verilmişdir. Binanıntexniki pasportu və sahə sənədləri yaradılmışdır. Bütün xərclər kənardan heç bir maddi köməklik olmadan sakinlər (pay sahibləri) tərəfindən ödənilmişdir. Bundan əlavə, sözü gedənbinanın yarızirzəmisi «Azərittifaq»ın laboratoriyasına icarəyəverilmişdir və alınan vəsaithəyətin təmizlik işlərinə, xadiməxidmətlərinə, kooperativin mühasibi və kooperativ sədrinə əmək haqqı ödəmək üçün xərclənirdi.

2002-ciildə binanın sakini Ramazanov SəfərMüslüm oğlu «Müəllimlər» MTK-nınsədr vəzifəsini ələ keçirdikdən sonra əvvəllər icarəyəverilən yarımzirzəmini öz şəxsi ofisinəçevirərək MTK-nı icarədən gələn vəsaitdənməhrum edib. RamazanovSəfər Müslüm oğlu 2004-cü ildə həyətinümumi sahəsinin 0,40 ha-nı paysahiblərinin xəbəri və razılığıolmadan öz şəxsi mülkikimi qeyri-qanuni şəkildə «Baku Clock Tover» şirkətinə küllimiqdarda pul müqabilindəsatır. (Bizdə olan məlumatlara görə 2 milyon ABŞ dollarına) Və həmin sahədə adı çəkilənşirkət bina inşa etməyə başlayır.Kooperativin pay sahibləri həyət sahəsinin budərəcədə azalmasından narazıqalıb Ramazanov Səfərdən izahat verilməsini tələb etdikdə o, «kürdmafiyasının işləridir, baş qoşmayın,yoxsa bizi mənzillərimizdən köçürdərlər» -deyərək hədə-qorxu gəlibsakinlərin narazılığını bildirməmələrinə məcbur edib.

Həminildə Ramazanov Səfərinmaddi durumu sürətlə yüksəlir, hər iki oğlunabahalı avtomobillər, yeni evlər və öz sözlərinə görə, Qəbələ rayonunda villa alır. Hər il xaricə ailəsiilə birlikdə bahalı kurortlarda istirahətedir. Bundan başqa yaşadığımız binada dabir neçə mənzil alır.

Ramazanov Səfər Müslüm oğlu həyətdə uşaqlarüçün yaradılan guşənizəncirlə ayıraraq şəxsi avtomobilləri üçünparkinq kimi istifadə edir.Sakinlərin uzun müddət şikayətlərinə baxılmır və heç bir tədbir görülmür.

2017-ciildə məlum olur ki, pay sahiblərinin ümumiistifadəsində olan 188,3kv.m sahəsi olan yarımzirzəmi saxtasənədlərlə oğlu Ramazanov Böyükağa Səfər oğlunun adınakeçirilib. Sakinlərin haqlıetirazına cavab olaraqRamazanov Səfər onu Birjada 35min manata aldığını deyir, lakin sonradanməlum olur ki, Əmlak Komitəsinərüşvət verərək dövlət sahəsi adı ilə həminzirzəmini hərraca çıxarıb.

Bütün bunlardansonra kooperativ üzvləri iclaskeçirərək Ramazanov Səfəri səsvermə ilətutduğu vəzifədən azad edirlər. Sənədlərinvə binaya aid möhürüntəhvil-təslim zamanı məlum olur ki, binaya və ümumisahə yə aid olantexniki pasport vəkooperativin nizamnaməsiguya itirilib. Eyni zamanda təhvilalınan möhür «Müəllimlər» MTK-nınmöhürü yox, «Müəllim» mənzil istismar kooperativ möhürü kimiqeyd olunmuşdur. Bu o deməkdir ki, bu illər ərzindəRamazanov Səfər tərəfindənsakinlərə verilmiş yaşayış yeriüzrə arayışlar saxta möhürlə verilmişdir. Vergilər Nazirliyinə, icra hakimiyyətinin kooperativlər üzrə idarəsinə və ƏdliyyəNazirliyinə ünvanlanmış sorğulara rəsmicavabda bildirilir ki, həminmöhür heç bir dövlət qurumundaqeydiyyatdan keçməyib. Bu isə o deməkdir ki, Ramazanov SəfərMüslüm oğlu illər boyu vergilərorqanına heç bir rüsumödəməyib.

Həmin məsələdənNəsimi rayon prokurorluğuna, Bakışəhər prokurorluğuna şikayətverilsə də məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmayıb. 2018-ci ilin oktyabrında sakinlərinNəsimi rayon məhkəməsinə iddia ərizəsiüzrə işə baxılıb. Əmlak Komitəsinin səlahiyyətli nümayəndəsi məhkəmədə çıxış edərkən bildirib ki, 1965-ci ildə dövlət tərəfindən 188,3 kv.m sahəli zirzəminin tikintisinəbüdcədən pul ayrılıb. Lakinbunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmayıb. Amma paysahiblərinin təqdim etdikləri sənədlərə əsasən bina1963-cü ildə inşa edilmiş,1965-ci ildə isə sakinlərinistismarına verilmişdi. Necə ola bilərki, hazır tikilmiş binaya sonradandövlət tərəfindən pul ayrılır.Sakinlərin haqlı iddiası nədənsə məhkəmə tərəfindənədalətlə araşdırılmayıb və iddia ərizəsi rədd edilib.

Hazırda məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinəşikayət olunub və iş məhkəmənin hakimi Xumar xanım Mərdanovanın icraatındadı.

Binanın qocamansakinləri hörmətli müəllimlər «Ədalət» qəzetinə müraciətedərək inanırlar ki, qəzetinredaksiyasının köməkliyi ilə bu məsələ aidiyyatıorqanların nəzərinə çatdırılacaq.

«Ədalət»qəzeti olaraq biz də inanırıq ki, BakıApellyasiya Məhkəməsi «Müəllimlər» MTK-nın payçılarının şikayət ərizəsini qanunvericiliyə uyğun olaraq araşdıracaqvə ədalətli qərar çıxaracaq.

Hüquqşöbəsi