Putin və Tramp birgə hərəkət edirlər?  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
154 | 2025-07-03 11:01

Ukrayna ətrafında baş verən son hadisələr hərdən belə fikir yaradır ki, ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyasının prezidenti Vladimir Putin birgə hərəkət edirlər və hər ikisinin məqsədi Ukraynanı tamamilə məhv edib, yeraltı və yerüstü sərvətlərini öz aralarında bölüşdürməkdir.

 Bayden administrasiyası avropalı tərəfdaşları ilə birlikdə,  Ukraynanı irəli verərək Rusiyanı iqtisadi cəhətdən zəiflətməklə mümkün qədər çökdürməyi qarşılarına məqsəd qoymuşdu. Bu üzdən də, müharibəni mümkün qədər uzatmaq üçün,  Kiyevə dayanmadan hərbi yardım göstərilirdi. Donald Tramp prezident kürsüsünə əyləşdikdən sonra isə, vəziyyətin ciddi şəkildə dəyişdiyi müşahidə olunmaqdadır.

  ABŞ prezidenti bu müharibəni 24 saata, sonra bir aya, daha sonra altı aya bitirəcəyinə söz versə də, ya bunu bacarmadı, ya da heç əvvəldən müharibəni bitirmək barədə verdiyi vədlər blefdən başqa bir şey deyildi. 

 Ukrayna ətrafında hazırda baş verən hadisələr göstərir ki, ABŞ-ın yeni prezidenti, hakimətə gəldiyi gündən Rusiya prezidentinə qarşı münasibəti, Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı münasibətindən daha loyal, daha yumşaqdır. Tramp ötən altı ay ərzində, müxtəlif bəhanələrlə ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyi ya dayandırır, ya da tamamilə dayanrırması barədə bəyanatlar verməklə, sanki Rusiyanın tərəfində olduğunu nümayiş etdirir.

 Bundan istifadə edən Rusiya, Tramp administrasiyasının atəşin dayandırılması "çağrışlarını" qulaq ardına vurur və addım-addım Ukrayna ərazilərini işğal etməkdə davam edir, paytaxt Kiyevi və Odessa kimi iri şəhərlərini raket atəşinə tutmaqdan belə çəkinmir.

 Tramp  adminisrtasiyası bu günlərdə bəyan edib ki, ABŞ Kiyevə raket komlekslərinin köndərilməsinə fasilə verib. Dövlət departamentinin rəsmi nümayəndəsi Temmi Bryus jurnalistlərə bildirib ki, bu Ukraynaya hərbi yardım göstərilməsinin tamamilə dayandırılması demək deyil. (bəs nədir? R.H.) Xamım Bryus bunu "ABŞ-ın dövlət maraqlarının birinci yerdə olması kimi" izah edir. ABŞ -ın dövlət maraqları, daha doğrusu Trampın biznes maraqları isə, dəfələrlə ABŞ prezidentinin ziddiyətli bəyənatlarında səsləndirilib.

  ABŞ-ın Ukraynaya hərbi dəstəyinin göstərilməsi məsələsində "fasilə" vermək barədə qərarı, Bloomberg agentliyinin də qeyd etdiyi kimi, "avropalı tərəfdaşlarını şoka salıb". 

 İndi yəqin ki, ABŞ-ın "fasilə verməsi" qərarı, Rusiyanın Ukrayna ərazilərində hərbi hücumlarının təyziqinin genişləndirilməsinə dəstək olacaq. 

 Görünən odur ki, Birləşmiş Ştatlarsız Avropa dövlətlərinin də, Ukraynanın Rusiyaya qarşı müqavimət göstərməsi üçün gücləri kifayət etmir. 

 ABŞ prezidentinin "oynadığı oyunların" nəticələri göstərir ki, O, prezident seçiləri ərəfəsində verdiyi sözə, yəni müharibəni Ukraynanın ağ bayraq qaldırıb, Rusiya qarşısında təslim olmasını elan etməsiylə dayandırmaq istəyir...


 

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV