08 Oktyabr 2025 19:28
84
SİYASƏT

Zakir Həsənov Türkiyədə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.

Bu barədə Adalet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.