Sahibə Qafarova və Qordan Yandrokoviç bəyanatlarla çıxış ediblər - FOTOLAR

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Adalet.az-ın məlumatına görə, Xorvatiya parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin bir sıra məqamlarla əlamətdar olduğunu söyləyən spiker Sahibə Qafarova, ilk növbədə qeyd edib ki, bu səfər ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
Digər tərəfdən isə bu, son 11 ildə iki ölkə arasında parlament sədrləri səviyyəsində həyata keçirilən ilk səfər və görüşdür. Milli Məclisin sədri, bu mənada Qordan Yadrokoviçin səfərinin ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyini bildirib.
Vurğulanıb ki, Azərbaycan-Xorvatiya əlaqələri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, ötən 30 ildə əlaqələr müxtəlif sahələr üzrə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı fəal siyasi dialoq, ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar qeyd olunaraq, xüsusilə, dövlət başçıları arasında ikitərəfli görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından olduqca əhəmiyyətli olduğu bildirilib.
Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə xoş təəssüratlarını bölüşüb. Xorvatiya və Azərbaycanın intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib olan strateji tərəfdaş və dost ölkələr olduğunu bildirən Qordan Yandrokoviç deyib ki, ölkəsi Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolu tanıyır və alqışlayır.
Parlament sədrləri arasında görüşdə müzakirə olunan məsələlər haqqında da məlumat verən Qordan Yandrokoviç deyib ki, görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətləri, habelə cari geosiyasi çağırışlar və təhlükəsizlik böhranları, o cümlədən Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının hazırki durumu ilə bağlı fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, Xorvatiya Azərbaycan və Ermənistan arasında sülh gündəliyi istiqamətində indiyədək əldə edilmiş irəliləyişi qətiyyətlə dəstəkləyir.
Digər Xəbərlər

Prezident Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstəyə görə qardaş ölkələrə TƏŞƏKKÜR ETDİ - VİDEO

Putin Tacikistana getdi - İlham Əliyevlə görüşəcək

Zakir Həsənov Türkiyədə səfərdədir

Milli Məclisin gündəliyi dəyişdi

Prezident FƏRMAN İMZALADI

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI ƏDALƏT, SÜLH VƏ MƏRHƏMƏT RƏMZİDİR
